Zəngəzur dəhlizi: Bakı və Ankara nə qazanacaq?

Zəngəzur dəhlizi: Bakı və Ankara nə qazanacaq?

Azərbaycanın Qarabağda əldə etdiyi tarixi qələbə Türkiyəyə Naxçıvan üzərindən Orta Asiya və Sakit okeana uzanan starteji dəhliz qazandırıb.

Miq.Az xəbər verir ki, bu barədə "A Haber” məlumat yayıb.

"Bu dəhlizlə enerji və ticarət yolları kökündən dəyişəcək.

1. Türkiyə İranla 1996-cı ildə imzalanan qaz satış müqaviləsinə görə min kubmetr üçün 490 dollar ödəyir. Əgər qaz Azərbaycandan tədarük edilərsə, bu məbləğ 335 dollara düşə bilər.

2. Dəhlizin açılması ilə Azərbaycanın Naxçıvana qaz göndərmək üçün İrana ödədiyi 15 faiz komissiya haqqı ortadan qalxa bilər.

3. Türkmənistandan Türkiyəyə çəkilişi planlaşdırılsa da, 2017-ci ildə maliyyə anlaşmazlığından dondurulan boru kəməri layihəsi Azərbaycandan Türkiyəyə çəkilə bilər.

4. Transxəzər boru kəməri layihəsi yenidən gündəmə gələrsə, Azərbaycan-Gürcüstan-Türkiyə arasındakı mövcud kəmərlərlə türkmən qazı Avropaya çatdırıla bilər.

5. İran və Ermənistan arasındakı boru kəmərinin əhəmiyyəti itəcək.

6. Türkiyə Orta Asiyadan Çinə uzanan yeni logistik kanala sahib olacaq.

7. 3 milyardlıq əhaliyə sahib olan iri bazarın qapıları sonuna qədər Türkiyəyə açılmış olacaq”, - məlumatda bildirilib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az