Zelenski Rusiyanı ABŞ texnikaları ilə hədələdi: “Hücuma hazırıq”

Zelenski Rusiyanı ABŞ texnikaları ilə hədələdi: “Hücuma hazırıq”

Sovet İttifaqından ayrılmasının 30-cu ildönümünü qeyd edən Ukrayna bununla əlaqədar təşkil edilən mərasimdə ABŞ-dan alınmış zirehli texnika və patrul katerlərini nümayiş edib.

Miq.Az xəbər verir ki, mərasimdə çıxış edən Prezident Vladimir Zelenski ölkəsinin Rusiyanın istənilən hücumuna müqavimət göstərməyə hazır olduğunu deyib.

"Ukrayna Silahlı Qüvvələrinin əsgərləri ən mühüm missiyasını, yəni dövlətin azadlığını və suverenliyini rus təcavüzkarlarına qarşı müdafiə etməkdə davam edir”, - Zelenski bildirib.
 
 
Zelenski Rusiyanın istənilən hücumuna cavab vermək gücündə olduqlarını söyləyib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az