Zabitlər evində bayraq döşəmədə toz çəkir, hərbçi fotoları nəm verir... VİDEO+FOTOLAR

Zabitlər evində bayraq döşəmədə toz çəkir, hərbçi fotoları nəm verir... VİDEO+FOTOLAR
Lənkərana gedər-getməz köhnə Zabitlər Evinə ziyarəti düşünürdüm. Getdim. Əvvəllər Zabitlər Evi kimi fəaliyyət göstərən bu tikilini indi sahibsiz görəcəyimi nəzərə almamışdım.
 
Burada dağılmış divarları, uçuq tavanları, toz basmış kitabları, hərbçi fotolarını, lent yazılarını, maqnitafonları və s. görmək olar, hətta Azərbaycan Respublikasının bayrağını belə! 

Köhnə Zabitlər Evində bayrağı görmək nə qürurvericidir, nə də adi hal. Məsələ üçrəngli dövlət atributunu hansı vəziyyətdə görməyə məcbur qalmaqdır. Lənkəran sakinlərinin dediyinə görə, xeyli vaxtdır bina yaxınlıqdakı başqa əraziyə köçürülüb, burada qalan əşyaların hamısı isə aparılmayıb. 

Əgər bu gün səlahiyyətlilər bayrağını döşəmədə qoyub gedirsə, onlar sabah torpağını düşməndən azad etmək üçün sərhədi bir metr qarşı tərəfə keçə bilərmi?! 

Miq.az sözlərlə çərçivələnməyəcək fotoları təqdim edir: 

Azadə Yolçu














İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az