Yeni sənədlər yayıldı: Çin müharibəyə hazırlaşır... - Dünya şokda

Yeni sənədlər yayıldı: Çin müharibəyə hazırlaşır... - Dünya şokda

ABŞ Dövlət Departamentinin əldə etdiyi sənədlər koronavirusla bağlı Çini yenidən gündəmə gətirib.

Miq.Az İngiltərənin "Daily Mail” qəzetinə istinadən xəbər verir ki, Çin alimləri son altı ildə koronavirus da daxil olmaqla bioloji və genetik silahlar üzərində ciddi araşdırmalar aparıblar.

Həmin hesabata görə, 2015-ci ildən bəri SARS koronaviruslarının hərbi potensialını qiymətləndirən Pekin rəhbərliyi bu layihəni Üçüncü Dünya Müharibəsi ssenarisi üçün hazır vəziyyətdə saxlayır.

Sözügedən sənədlərdə Üçüncü Dünya Müharibəsində gözləntilərin əksinə olaraq döyüşün kimyəvi və nüvə silahları ilə deyil, bioloji silahlarla aparılacağı tezisi yer alır. ABŞ-ın Xirosima və Naqasaki şəhərlərinə atdığı iki atom bombasından bəhs edən sənədlərdə bioloji silahların yeni bir dünya müharibəsində "zəfər üçün təməl silah” olacağı vurğulanır.

"The Australian” qəzetinin hesabatında isə Xalq Qurtuluş Ordusunda çalışan çinli elm adamları tərəfindən hazırlanan sənəddə xəstəliklərin manipulyasiyasının "əvvəllər görünməmiş” şəkildə araşdırıldığı iddia edilir.

Sənədlərdə bioloji silahların maksimum təsir göstərməsi üçün tələb olunan şərtlər də ümumiləşdirilib.

ABŞ-dan ilk reaksiya Xarici İşlər Komitəsində işləyən Tom Tugendhat tərəfindən gəlib. O, dəlillərdən çox narahat olduğunu deyib.(teleqraf.com)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az