Yeni icra başçısı köməkçisini İŞDƏN ÇIXARDI

Yeni icra başçısı köməkçisini İŞDƏN ÇIXARDI

Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov köməkçisini işdən çıxarıb.

Miq.Az-ın əldə etdiyi məlumata görə, Faiq Qürbətovun əmri ilə, Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısının köməkçisi Pöhran Şahbazov tutduğu vəzifədən azad olunub.

Hələlik onun yerinə təyinat yoxdur.

Xatırladaq ki, Faiq Qürbətov Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2020-ci il tarixli Sərəncamı ilə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az