Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Vahid Qazinin 55 illik yubileyinə
5 kursu üzrə cəmi 125 tələbəsi olan fakültənin məzunu kimi... mənim 55 tələbə yoldaşım var: 1018-də 24, 1022-də 31!
Belə "kiçik və kasıb” fakültədə QRUP yoldaşlarımın BU QƏDƏR çox olmağı heç də mənim şanslı və bəxtli olmağıma dəlalət eləmir (o ayrı söhbətdir ki, başqa həmkarlarla eyni fakültədə oxuduğumuz üçün kifayət qədər şanslı və bəxtli hesab etmək olar)!
Əlbəttə ki, illər öncə yazdığım bir yazıdan sitatın yeridir: "Hamı istəyərdi ki, İlham Əliyevlə bir qrupda oxusun, ataları Heydər Əliyevlə bir rayondan olmasa da, bir regiondan olsun!”
Neyləyək ki, nə mənim qrup və tələbə yoldaşlarım Azərbaycan KP MK-nın Birinci katibi Kamran Bağırovun qardaşı, rektor Faiq Bağırzadəyə deyə bilərdilər ki, Aydın Canıyevi qəbul etməyin, nə mən deyə bilərdim ki, filankəs gələcəkdə filan-filan olmuş olacaq, istəmirəm onunla bir qrupda oxuyum!
Onda – o gecəsi yağış, səhəri qora bişirən günəşli gündə, 1985-ci ilin iyulun 10-da hamı kimi, mən də özümü, təkcə özümü fikirləşirdim!
Gələcəkdə hamını – xalqı, vətəni, doğulduğu kəndi, oxuduğu məktəbi, hər bir vətəndaşı fikirləşməli olanlar yalnız özlərini fikirləşirdilər!
Onda... hətta özünü fikirləşməyi bacaran 25 abituriyent tapılmadı! Qəbul imtahanları kəsirlə başa çatdı: 25 nəfərlik qrupa yalnız və yalnız 20 nəfər qəbul oluna bildi (hamı "özüm qəbul olunmuşam” desə də, təkcə mənimlə haqqında indi yazacağım oğlan boynuna aldı ki, biz pul verib yerimizi – haqqımızı satın almışıq! Onun atası Pərviz kişi taksi sürücüyüdü, səhv etmirəmsə, mənimsə atam fəhləydi!).
1 sentyabr 1985-ci ildən başladıq bir-birimizin qrup yoldaşı olmağa Vahid Qazıyevlə!
Madam ki, tələbəlik illərindən, qrup yoldaşlarımdan danışıram, elə ətraflı yazım.
İndiki dillə desək, o qrupda üzdən ən "lom”, "çuşka” uşaq elə özüm olmuşam: fakültəyə orta məktəb kitablarından və Lənkəran bazarında süd satıb gələn ikincisini tanımıram!
Bu qədər səmimiyyətin kökündə cəmi bircə amil durur: dünəndə-srağagündə ad günü olan görkəmli partiya və dövlət xadimi, hüquq elmləri doktoru, sovet Azərbaycanında Azərbaycan SSR-in Baş prokuroru, SSRİ Baş prokurorluğunun idarə rəisi, müstəqil Azərbaycanın isə ilk ədliyyə naziri İlyas İsmayılov irad tutanda ki, nahaq belə etiraf etmisən, onsuz da heç kim inanmayacaq yazdığına bu savada, bu istedada, qlobal düşüncəyə və açıq təfəkkürə görə!
Onda açıqlama verdim səmimiyyətimə: İlyas müəllim, mən savadımı, istedadımı yamaqlı şalvarda, sırıqlı pencəkdə ocaqçılıq edən, qışda-soyuqda turp-keşniş satan anamın əzabından, əziyyətindən üstün tuta bilmərəm (bu ölkənin nə təyinatlı, nə də seçkili orqanları öz cazibədar vəzifələri ilə mənə maraqlı olmayıb! Ki... sabah məni Birinci seçəndə... tərcümeyi-halımın bu faktı əngəl olsun! Onsuz da bu fakta qədər o qədər əngəllər var ki! Talış olmağım, savadlı, istedadlı və həm də həqiqət üçün ölümə getməyim, yalanı sıralamağa ipimin olmaması, qrup və iş yoldaşlarımın xəbisliyi, dostlarımın haqqında yalan-böhtan həvəsi, qohum-əqrəbanın murdarlığı, iyrəncliyi və s. və s.)! Belə deyək, jurnalistika fakültəsinə ata-anamın zəhmətini ifadə edən... pulla və müəllimlərimin zəhmətini ifadə edən... savadımla qəbul olunmuşam!
Dediyim kimi, qrupun "keybalaxanımı” mən, amma ən "şustrıy” uşağı Vahid...
Düzdür, o qrupumuzda Lavrenti Beriyanın, erməni "kaqebeşnik”lərinin ölənlərinə rəhmət oxudan biriləri də var idi, Azərbaycan qızlarının ideal nümunəsi olan savadlı, ağıllı, ləyaqətli xanımlar da həmçinin! Heç bir halda 10 il dalbadal jurnalistika fakültəsinə imtahan verən, nəhayət, sonuncu cəhddə - 28 yaşında (dünən 65 yaşı tamam olan) Tamxil Ziyəddinoğlunu (Hacıyev) da unutmaq olmaz: mən ona "Dayı” deyirəm bu günəcən də! Rəsmiyyə Rzalı "Dədəm”, başqaları da həmçinin!
Uzaq getməyək! Səbəbkar Vahiddir, Vahidlə də vahid xətt üzrə gedək, yardımçı süjetlərlə yormayacağıma söz verirəm!
Dediyim kimi, mən bütün qrup yoldaşlarımı əziz bilmişəm ilk gündən, onları özümə Tanrının hədiyyəsi, lütfü saymışam! Rəhmətlik Elçin Səlcuqun mənə rəsmən qəzetində "gör uğrunda gülləyə gedib "dost” dediklərin də səni özünə dost sayırmı?” kimidirsə, babalı öz boyunlarına...
Azərbaycan 30 ildən artıqdır ki, müstəqildir! Azadlıq uğrunda açıq mücadilə rəsmən 1988-ci ildən başlanıb! Mən Sizə 1985-ci ilin ikinci yarısından danışıram!
Professor Ziynət Əlizadə "Azərbaycan dilinin fonetikası” dərsində mənbə yazdırarkən erməni Sevortyanın da kitabının adını çəkdi!
24 nəfərlik qrupdan təkcə Vahid Qazıyev yerindən söyləndi: "qələt edir Sevortyan!” Professor, filologiya elmləri doktoru Ziynət Əlizadənin "niyə” sualına kəsə və qısa, konkret cavab özünü gözlətmədi: "Ermənidir!”
37 il əvvəl!
Hər iki qrupda kimin harda nə üçün olduğunu sonradan fəhm etsəm də, həmin o sözləri deyəndə Vahid Türkün, Türklüyün və adı indi "Azərbaycan dili” olan Türk dilinin saflığının yanındaydı! Ona heç kim deməmişdi, dedirtməmişdi ki, sən belə deyərsən!
Mənim üçün Vahid Qazıyev həmin o andan daha əziz olub: hamının onda da, bu gün də eynən "sən belə deyərsən filankəsdən sonra filan yerdə” Azərbaycanında ÖZ İÇİNİN İŞIĞINI bəyan etdiyinə görə!
Bəlkə ayrı azərbaycanlılar – əsrlərlə erməninin düşmənçiliyini qanında, canında, yaşamında görən türk olanlar üçün bu adi bir üsyan elementi ola bilər (yəni: türk məhz belə reaksiya verməlidir erməniyə), amma mənim üçün, etnik biri olaraq, çox böyük təlatümlü cəsarət mücəssəməsi olmaq idi!
Sovetlər Birliyində - jurnalistika fakültəsində, xalqlar dostluğunun təbliğ olunduğu ölkədə xalqlar dostluğunu təbliğ etməli olan sənətə namizəd olmaq istəyən birinin dilindən bu o qədər möhtəşəm idi ki!
Bəlkə də, lap elə həqiqətən də o protestin nə qədər vaxtında, dəyərli ziqiymət olduğunu nə o vaxt eşidənlər, nə də indi oxuyanlar hiss etməz! Amma mən çooox az sonra Vahid Qazıyevin dediklərinin bir milli şüar və şüur səviyyəsində olduğunu anladım, acısını daddım, əzabını çəkdim, qanımı qolumdan çəkib üz-gözümü buladım, ciyərlərimi doldurdum!
Sovet Ordusunun tərkibində... yüzəcən azərbaycanlını 30-40 nəfərlik kiçik bir erməni-gürcü yığnağı məcbur edirdi AZƏRBAYCANLILARI ki, bircə kəlmə desinlər: "mən azərbaycanlı deyiləm, mən hapıtam, saxuram, avaram, talışam, ləzgiyəm, ingiloyam!”
Ağır başa gəldi "Mən azərbaycanlıyam” demək, amma azərbaycanlılar bunu onda bacardı... Ermənistan SSR-in Yerevan şəhərinin Sovetaşen qəsəbəsində - erməninin içində (bu barədə dəfələrlə yazmışam)!
Və... əlbəttə ki, erməninin əclaf olduğunu bilən Vahid Qazıyevin əsgərlikdən sonra bu fikrini sərgiləməyə ehtiyac olmadı: ermənilər nəinki bizlərə, bütün dünyaya əclaf olduqlarını nümayiş etdirdilər!
Bu günəcən başa düşməyənlərə isə, sadəcə, bircə kəlmə demək istəyirəm: mən talış ola-ola, bunu 17 yaşımda başa düşdüm, sən qosqoca azərbaycanlı ola-ola niyə başa düşməyəsən ki? Bu xaraba dünyada sənin şampan şərabı içməyə kimsənmi yox, dost olmağa ləyaqətli toplumunmu yox? Sən hələ də rusun, farsın, kürdün, erməninin quyruğunda niyə yelpazə olasan ki?
Biz Vahidlə erməninin fərdi yox, elliklə üstümüzə gələn günlərində bir daha və yenidən bir yerdə olduq: bu dəfə eyni redaksiyada!
İçimdə o şübhə olmasa da, Vahidin haqqına girməyə cəsarət edib yazıram: bəlkə də Vahid mənimlə bir qrupda oxumaq istəməzdi, amma oxudu, bəlkə də Vahid mənimlə bir yerdə işləmək istəməzdi, amma onda biz bir redaksiyada işləməli olduq: Vahiddə erməniyə olan nifrət mənə yox idi! Amma onun möhtəşəm türklüyünü sərgiləməyi davam edirdi!
Yenə ona görə deyirəm ki, üstündən 37 il keçib: Vahidin ümidinə qalsa, biz bir daha bir yerdə olmayacaqdıq (necə ki olmadıq), amma bir dəfə Faiq Bağırzadənin, bir dəfə də Mehman Cavadoğlunun sayəsində: ola da bilər ki, o dönəmlərdə Vahid elə Mehman Cavadoğlunun dəyərinin kölgəsi idi üstümdə, bəlkə də rəhmətlik Tehran İmranoğlu (Vəliyev) və Rəşad Məcidin Mehman Cavadoğlunun rəğbətinə dəstəyi öz işini görürdü!?
İstənilən halda, sonralar bir yerdə oxumasaq da (o, qiyabiyə keçmişdi), bir yerdə işləməsək də (hakimiyyət dəyişməmişdən iş yerlərimizin ünvanı ayrı yerlər olmuşdu), hər dəfə - ayda-ildə bir dəfə bir-birimizi görəndə əvvəlki səmimiyyət yerində dururdu!
Biz uzun illər ayrı-ayrı ünvanlarda, ayrı-ayrı hallarda olduq, ayrı-ayrı faciələri çəkdik, amma və lakin... heç bir halda Məmməd Əminin bağrının başından, sinəsindən həsrətlə qopan "Azərbaycan! Azərbaycan! Azərbaycan!” nidasından kənar olmadıq!
Bu, mənim Azərbaycan sevgimdən daha çox (guya Azərbaycandan başqa mənim daha da bir ölkəmmi vardı sevəm?) Vahid Qazıyevin İNSANLIQ SİMFONİYASI idi!
Vahid Qazıyev – Vahid Qazı dünyanın hər yerini gəzdi, mən Azərbaycandan başqa heç bir yeri!
Vahid Qazıyev kosmonavt gördü, akademik gördü, demokrat gördü, varlı ilə də oturdu, kasıb da böyründən əskik olmadı, amma onun kənd uşağı kimi gördüyü və qəbul etdiyi Aydını elə 37 il əvvəlki səmimiyətlə qarşıladı rast gələndə, görüşəndə!
Mən heç vaxt Vahid Qazidə Türk Şovinizmi görmədim, o heç vaxt məndə separatçı elementləri axtarmadı!
Komplekssiz yaşadı – biri savadıma, biri istedadıma, biri nail olduğum uğura pəl vuranda, qısqananda, əli heç hara çatmayanda etnik önyarğısı ilə separatçı damğasını rəsmən yapışdırmaqdan çəkinməyəndə də Vahid elə həmin Vahid idi!
Mənim separatçı dostlarım olmasa da, Vahidin şovinist dostları çox idi – 37 ildə sərgiləyə bildi ki, bir kimsə ona fikrini yedirdə bilməz!
Pis-yaxşı bu ömrü 5-lə qoşalaşdırdıq: sınıq-salxaq gəlib çıxdıqsa da, yaramıza özümüz duz basdıqsa da, özümüz bədən üzvlərimizi kəsib atdıqsa da, özümüz də qoymadıq... sınaq!
Tələbə, iş, qrup, əsgərlik yoldaşlarından, hətta qohum-əqrəbadan, arvad-uşaqdan belə qalxdılar bizi sındırmağa, biz özümüz bacardıq... sınmamağı! Polad qələt edər yanımızda - əyilmədən sınmamağı bacardığımız üçün!
Vahid indi Azərbaycandan çox-çox uzaqların sakinidir: mənim 1985-ci ildə yaşadığım taleyi yaşayır – bəlkə də İsveçdə ən "lom uşaq” elə Vahid Qazidir! Mənim kənddən gələndəki saflığımla İsveçdə yaşayır!
Mən Vahid Qazinin hər bir uğuruna sevinmişəm, onun hardasa, hansısa yanlış anlaşılan fikrinə görə ittihama qalxanlara "sinəmdən nişan alın” demişəm, çünki Vahid Qazıyev – Vahid Qazi heç vaxt "isveçli”, "demokrat”, "avropalı” olmadı!
O elə xas, teyxa, cılxa, tərtəmiz Türk olaraq, dünyanın hər yerində Vahid Qazi qaldı!
İndi dünyada ömür yaşı 100-ə güclə çatır – Nuhun vaxtında 950 idi.
Əvvəllər oğraşlıq yaşı da, xəstəlik yaşı da 50-dən sonra idi!
İndi oğraşlıq yaşı da, xəstəlik yaşı da çox cavanlaşıb!
Vahid Qazi 55 yaşa, ağdamlılar demiş, "altını vurmadan”, "bezkraska” gəlib çatmağı bacardı! – hətta Ağdamsız saxlanmaq faciəsindən sonra Azərbaycansız qalmaq bahasına da olsa!
Kim bilməsə də, mən bilirəm ki, yalnız və yalnız qürbətdə olanda adam vətənin əclaflığını və soydaşların əclafını bağışlaya bilir!
Bu Vətənin Vahid Qaziyə qarşı əclaflığını dünya bilir!
Bu soydaşların ən əclafını Vahid Qazi özünə qarşı haqsızlıqlardan şəxsən tanıyır!
Amma və lakin... hər dəfə imkan düşdükcə o... bu vətənə gəlir, işğaldan azad olunan torpaqlara gedir, ən əclaf azərbaycanlı ilə belə bir məkanda oturur, sonra da... içinin qaysağı qopmuş qübarını "qloballaşma, inteqrasiya, demokratikləşmə uğrunda mücadilə” həbləri, mazları, "smes”ləri, sistemləri ilə ovudur!
Fəqət dəqiq bilirəm ki, Vahid Qazi nə qədər müdrik olsa da, hələ də fərqinə varmır ki... – həqiqətdə necə yazmaq istədiyimi ona inbox-da yazacam – demokratiya təbliğatla, milli-mental təfəkkür, özgürlük doktrinası, mədəniyyət təşviqatla olmur!
"Duran” gərək dibindən dursun, kollektiv təbliğat-təşviqat təşkilatçılığı viaqrasıyla heç nə "durmaz”!
Cəmiyyət sənə "lom” qrup yoldaşın Aydın Canıyev deyil e, Ziynət Əlizadəyə protest edəndə, fikrinin dəyərini bilə və 37 il onun üstündə vətən sevə!
Əzizim əziz Vahid, öpürəm, bağrıma basıram!
Sənin qəfil də olsa, çox da olmasa, gecə zənglərin... Nobel mükafatımdır!
Sayğı və sevgiylə,
Sənin oxuduğun 1018-ci qrupdan tələbə yoldaşın:
Möhtərəm və Möhtəşəm Aydın Can!
p.s. Bu yazıdan heç kim heç nə götürməsə də, xahiş edirəm bu fakta nəzər yetirin: bu gün qarşınızda bivec gördüyünüz gəncləri təntitməyin, təhdid etməyin, onlara, bacarırsınızsa, sümüyünə və ruhuna işləyən təbəddülatlar eşitdirin!
Bayaq qardaşım deyir ki, cır meyvələr uzun illər bar vermir, 10 il, 11 il, sonra... gəlhagəl başlayır! Ona görə ki, ÖZdür, Özüdür, yaralanmayıb, calaq deyil! Kəsilməyib!
Cavanları-gəncləri, hələ nadan olan pöhrələri kəsməyin, yaralamayın, calaq etməyin, harda nəyi kimdən sonra dedirtməyin, 20 yaşında oturuşmamış zəriflikdən 50 yaşlı ağsaqqalın müdrikliyini gözləməyin, gözləyin özlərinə gəlsinlər, qadınlaşsınlar, kişiləşsinlər, onlar sabahın Vahid Qaziləri, Aydın Canlarıdır – özü də yüzqat artıq misli ilə! Linç etməyi yığışdırın!