Xanlar Vəliyev “Tərtər İşi”ndəki işgəncələrdən danışdı - DANIŞILANLAR NAĞILDIR....

Xanlar Vəliyev “Tərtər İşi”ndəki işgəncələrdən danışdı - DANIŞILANLAR NAĞILDIR....

Mediada şərti olaraq "Tərtər İşi” adlandırılan sensasion hadisələrin detalları açıqlandıqca Azərbaycan hakimiyyətinə tənqidlər artmağa başlayıb.
 
Dünyanın nüfuzlu insan haqları təşkilatlarından biri olan İşgəncələr Əleyhinə Beynəlxalq Komitə "Tərtər İşi” ilə bağlı hesabat yayaraq, hərbçilərə verilən dəhşətli işgəncələri açıqlayıb.
 
İşgəncə faktlarına görə ittiham olunan Azərbaycanın Hərbi Prokuroru Xanlar Vəliyev Gununsesi.info-nun sorğusuna cavab verib. 
 
Hərbi prokuror bildirib ki, bu barədə iddiaları qəbul etmir: "Mən bu iddiaları eşitmişəm. Amma yalandır.  Ümumiyyətlə, hesab edirəm ki, bu nağıldır və kim danışırsa, nağıl söyləyir”.
 
Qeyd edək ki, 2017-ci ilin may ayında Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə bəyanat verərək, hərbçilərin Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluq ittihamı ilə tutulduğunu bildirdilər.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az