Xalq artistindən TƏBİB-ə şok müraciət

Xalq artistindən TƏBİB-ə şok müraciət

Hörmətli TƏBİB, pandemiya boyu bütün qaydalara riayət edən və "evdəqal” kampaniyasının təbliğatçılarından olan xalq artisti kimi sizə müraciət edirəm. Qonşu Türkiyə və Rusiya kimi ölkələrin sənətçilərinin pandemiya dövründə bəlli çərçivədə də olsa, fəaliyyətlərini görürük. Nə vaxta qədər bizdə mədəniyyət, incəsənət sahəsinə qarşı qadağalar davam edəcək?

Kult.az xəbər verir ki, bu sözləri xalq artisti Tünzalə Ağayeva qeyd edib.

O bildirib ki, Azərbaycan musiqiçilərinin, eləcə də onun müəllif hüquqlarının qorunması və hər hansı gəlir əldə etməsi mümkün deyil:

"Belə reallıqda, maddi gəlir və alternativ fəaliyyət şəraiti olmayan vəziyyətdə imkan yaradın ki, biz də digər təcrübədə olduğu kimi, bəlli sayda auditoriyalı konsertlər verə bilək.

Minlərlə musiqiçi yalnız gündəlik qazancla yaşayır - onlardan artıq dünyasını dəyişənlər də oldu, digərləri param-parça vəziyyətdədirlər. Bununla musiqi mədəniyyəti çox qiymətli sənətçiləri itirə-itirə gedir”.

T.Ağayeva qeyd edib ki, Azərbaycanın tanınmışları haqqında əksər insanlar tərəfindən olduqca yanlış bir təsəvvür var:

"Baxın, başqa ölkələrdə musiqiçi, artist kimi məhşurlaşmaq çox yaxşı qazanmaq deməkdir - albom, kaset satışı, internetdə rəqəmsal ticarət, müəllif hüquqlarından gələn gəlir həmin məşhurun qazancıdır.

Bizim reallıqda sadaladıqlarımın heç biri işləmir, bunun obyektiv və subyektiv səbəbləri var və alternativ fəaliyyət imkanları da hələlik yoxdur. Bizdə məşhur musiqiçi və artist olmaq iş adamı demək deyil. O, Allahın verdiyi səsi, istedadı, sadəcə, sənət bacarığı sayəsində fəaliyyət göstərir və 1 ildir tamamən, 100% durğunluq içindədir. Bu vəziyyət musiqi mədəniyyətinə töhfələr verə bilən istedadlıların, peşəkarların itkisinə aparır”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az