Vilayət Eyvazov sabiq polis rəisinə yeni VƏZİFƏ VERDİ

Vilayət Eyvazov sabiq polis rəisinə yeni VƏZİFƏ VERDİ

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Miq.Az report-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Elmir Hüseynov Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsinə təyin olunub.

Qeyd edək ki, E.Hüseynov bu təyinata qədər Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az