Vəhdət və milli birlik aksiyasına çevrilən Aşura

Vəhdət və milli birlik aksiyasına çevrilən Aşura

Peyğəmbər nəvəsi Hüseynin və ailəsinin Kərbalada qətlinin kədərini simvolizə edən Aşura mərasimi bu il də Azərbaycanda böyük hüznlə qeyd edildi.

10 gün ərzində müsəlmanlar məscidlərdə toplaşaraq din xadimlərinin başçlığı altında mərasimdə iştirak etdilər.

Mərasimin təşkil olunmasında və idarəsində Qafqaz Müsəlmanları İdarəsi və onun sədri Şeyxülislam Allahşükür Paşazadənin fəaliyyətini qənaətbəxş hesab etmək olar.

Hazırda regionda baş verən geopolitik savaşın fonunda ənənəvi Aşura mərasiminin qaydalara uyğun və hər hansı radikal hərəkətlərdən uzaq baş tutması vacib məqamdır.

Kənar təsirləri, "yad” çağırışları önləmək, insanların vahid mövqeyini ortaya qoymaq baxımından bu mərasim dini cameənin Şeyxülislama, QMİ-yə etimadı baxımından əlamətdar oldu.

Öz açıqlamasında QMİ sədri bu cəhdlərə toxunaraq bəyan etdi ki, bəzi qüvvələr bəzi məsələlərdə ölkə daxilində münaqişələr yaratmağa cəhd edirdilər: "Ölkədə "dini mərasimlərin keçirilməsinə imkan yaratmırlar” fikrini dünyada, xüsusən də şiə aləmində yaymaq müəyyən dairələrin siyasətidir. Amma buna müvəffəq ola bilməzlər. Bizdə məscidlər var, heç kimə maneə yoxdur və imam Hüseyn də layiqincə yad edilir”.

Şeyxülislam Azərbaycan dövlətinin bu məsələdə dindarların yanında oldğunu bəyan etdi: "Azərbaycanın hər yerində məscidlərdə Aşura ilə əlaqədar tədbirlər keçirilir. Buna dövlət tərəfindən heç bir maneə yoxdur. Bu günə qədər olmayıb və bundan sonra da olmayacaq”.
https://azpost.info/wp-content/uploads/2022/08/asura01-1024x576.png 1024w, https://azpost.info/wp-content/uploads/2022/08/asura01-768x432.png 768w, https://azpost.info/wp-content/uploads/2022/08/asura01-1536x864.png 1536w, https://azpost.info/wp-content/uploads/2022/08/asura01-2048x1152.png 2048w, https://azpost.info/wp-content/uploads/2022/08/asura01-380x214.png 380w, https://azpost.info/wp-content/uploads/2022/08/asura01-550x309.png 550w, https://azpost.info/wp-content/uploads/2022/08/asura01-800x450.png 800w, https://azpost.info/wp-content/uploads/2022/08/asura01-1160x653.png 1160w, https://azpost.info/wp-content/uploads/2022/08/asura01.png 2560w" sizes="(max-width: 600px) 100vw, 600px" style="font-family: Inter, sans-serif; font-size: 16px; word-spacing: 0px; letter-spacing: 0px; box-sizing: border-box; vertical-align: middle; max-width: 100%; height: auto;" />

Aşura günlərində Allah evlərində Kərbala şəhidləri ilə bərabər Azərbaycanın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımızın, Vətən Müharibəsində Şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi yad edildi. Xüsusən xalqın məscidlərdə dövlətə dəstək mesajı olaraq Azərbaycan bayraqlarını dalğalandırması bir daha ölkəmizin baş üzərində oyunlar qurmağa cəhd edənlərə layiqli cavab oldu.

Son illər Məhərrəmlik dönəmində tibbi ehtiyaclar üçün qanvermə kampaniyası ən yaddaqalan nümunəyə çevrilib. Məlum olduğu kimi hər il Şeyxülislam Hacı Allahşükür Paşazadənin təşəbbüsü ilə Aşura günü qanvermə aksiyası keçirilir.

Xəstələrə, ehtiyacı olanlara qanvermə aksiyasına çevrilən bu nəcib təşəbbüs vətəndaşların ciddi dəstəyi ilə müşaiyət olunur. Nəticədə yığılan min litrlərlə qan ehtiyacı olan xəstələrin həyata qaytaran məlhəmə çevrilir.

Bütün dünyada təhlükəsiz donor qanına ehtiyac artıb. Təhlükəsiz qan, onun komponentləri hər il minlərlə hamiləlik və doğuş zamanı ağırlaşması olan anaları, körpə uşaqları, xəsarət alanları və digərlərini ölümdən xilas edir.

Azərbaycanda insan sağlamlığının qorunması üçün iman kamilliyi də öz kömək əlini uzadır.

Bu dəfə də minlərlə insan Bakıda, bölgələrdə Aşura günü ilə əlaqədar qanvermə aksiyalarına qatılaraq bu xeyirxahlıq və mərhəmət marafonunda iştirak etdi, ehtiyacı olanlara qan verdilər.

https://azpost.info/wp-content/uploads/2022/08/seyx-qanvrme-1024x683.jpg 1024w, https://azpost.info/wp-content/uploads/2022/08/seyx-qanvrme-768x512.jpg 768w, https://azpost.info/wp-content/uploads/2022/08/seyx-qanvrme-1536x1024.jpg 1536w, https://azpost.info/wp-content/uploads/2022/08/seyx-qanvrme-380x253.jpg 380w, https://azpost.info/wp-content/uploads/2022/08/seyx-qanvrme-550x367.jpg 550w, https://azpost.info/wp-content/uploads/2022/08/seyx-qanvrme-800x534.jpg 800w, https://azpost.info/wp-content/uploads/2022/08/seyx-qanvrme-1160x774.jpg 1160w, https://azpost.info/wp-content/uploads/2022/08/seyx-qanvrme.jpg 1600w" sizes="(max-width: 600px) 100vw, 600px" style="box-sizing: border-box; vertical-align: middle; max-width: 100%; height: auto;" />

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) açıqlamasına görə, Mərkəzi Qan Bankı tərəfindən Bakı şəhərində yerləşən 6 məsciddə və Qan bankının 8 bölgədəki bölmələrində qanvermə aksiyaları baş tutub. Aksiyada 1 893 nəfər qan verib. Bakı şəhəri üzrə bu rəqəm 1 295 olub.

Qan bankının Gəncə, Şəki, Mingəçevir, Bərdə, Şirvan, Sumqayıt, Quba və Lənkəran bölmələrində isə ümumilikdə 598 nəfər qan verib. QMİ sədri və Azərbaycanda digər dini konfessiya rəhbərlərinin də bu aksiyada iştirakı ölkədə vəhdətin və tolerantlığın bir nümunəsidir.

"Gördüyünüz kimi, qanvermə aksiyasında digər konfessiyaların da rəhbərləri iştirak etdi. Bu, bir daha onu göstərir ki, Azərbaycanda bütün dindarlar arasında heç bir məzhəb ayrı-seçkiliyi yoxdur. Biz də onların bayram və xüsusi günlərində iştirak edirik”-deyə A.Paşazadə bunu belə qiymətləndirdi.

Şeyxülislamın böyük humanist aksiyaya çevrirdiyi qanvermə aksiyası ilə insanların İmam Hüseynin adına ehsan kimi verdikləri qan neçə-neçə xəstələrə yeni həyat bəxş edəcək.

QMİ sədri eyni zamanda qanvermə aksiyası ilə təziyə mərasimlərində xurafat elementi sayılan, Aşuraya heç bir aidiyyatı olmayan başyarma, özünə əzabvermə ənənəsini tarixin arxivinə atdı.

Sabit və qaydalara uyğun keçirilən növbəti Aşura mərasimi Azərbaycanda milli birliyin və vəhddətin nümayişi oldu.

Emin ABBASOV

https://azpost.info/wp-content/uploads/2022/08/asura02-1024x576.png 1024w, https://azpost.info/wp-content/uploads/2022/08/asura02-768x432.png 768w, https://azpost.info/wp-content/uploads/2022/08/asura02-1536x864.png 1536w, https://azpost.info/wp-content/uploads/2022/08/asura02-2048x1152.png 2048w, https://azpost.info/wp-content/uploads/2022/08/asura02-380x214.png 380w, https://azpost.info/wp-content/uploads/2022/08/asura02-550x309.png 550w, https://azpost.info/wp-content/uploads/2022/08/asura02-800x450.png 800w, https://azpost.info/wp-content/uploads/2022/08/asura02-1160x653.png 1160w, https://azpost.info/wp-content/uploads/2022/08/asura02.png 2560w" sizes="(max-width: 600px) 100vw, 600px" style="box-sizing: border-box; vertical-align: middle; max-width: 100%; height: auto;" />





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az