“Un kralı” sabiq deputat Şəmkirli iş adamını necə 2 milyon 352 min manat atıb? – Bir fırıldağın izi ilə

“Un kralı” sabiq deputat Şəmkirli iş adamını necə 2 milyon 352 min manat atıb? – Bir fırıldağın izi ilə

"Mən deputat Əsabil Qasımovun öz şəxsi əlaqələrindən faydalanaraq, məhkəmələrə təsir edəcəyindən qorxuram”.
 
Miq.Az xəbər verir ki, şəmkirli iş adamı Aslan Əliyev Prime TV-yə açıqlamasında belə deyib.
 
Tanınmış jurnalist Aygün Muradxanlı ilə söhbətində Aslan Əliyev böyük əziyyətlə ərsəyə gətirdiyi un dəyirmanının necə ələ keçirildiyindən danışıb. Onun sözlərinə görə, məmləkətdə "un kralı” kimi tanınan sabiq deputat Əsabil Qasımov və onun qardaşı Vüqar, Aslan Əliyevə taxıl verərək onu özlərinə borclandırıblar. Daha sonra bu borcun müqabilində dəyirmanın 60%-nə ortaq olublar. Ardınca da iş adamının bütün mülkiyyətini ələ keçirməyə çalışıblar. Beləcə tərəflər arasında mübahisələr məhkəmə predmetinə çevrilib. 
 
Sabiq deputat öz mandatından istifadə edərək müflisləşdirdiyi Aslan Əliyevin iddiasına inansaq, Qasımov qardaşlarının ona üst-üstdə 2 milyon 352 min manat borcu var. Niyə?
 
Gəlin bu sualın cavabını Şəmkirli iş adamının öz dilindən eşidək./Ovqat.com/
[video=http:// ]
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az