Ukraynaya bu qədər silah verilib - Şok siyahı

Ukraynaya bu qədər silah verilib - Şok siyahı

Ukraynanın rus işğalçılarının qarşısında çoxqatlı tank əleyhinə müdafiə qurmaq imkanı var.

Miq.Az xəbər verir ki, bunu "Senzor.net” saytının baş redaktoru Yuri Butusov Feysbuk səhifəsində yazıb.

"Senzor.net”in mənbələrinin verdiyi məlumata görə, 25 yanvar 2022-ci il tarixinə qədər ABŞ və Böyük Britaniya aşağıdakı tədarükləri həyata keçirib:

- 700 ədəd "Javelin” tank əleyhinə idarəolunan raket;

- 2200 ədəd NLAW tank əleyhinə qumbaraatan;

- 200 ədəd BDM hücum qumbaraatanı;

- Avtomatik qumbaraatanlar üçün 40 mm-lik kumilyativ-qəlpəli qumbaralar;

- 12.7 mm-lik zirehdələn-yandırıcı güllələr.

Butusov Ukrayna ordusunun arsenalında olan tank əleyhinə silahların ümumi siyahısını da açıqlayıb:

- 1200 ədəd "Javelin” tank əleyhinə idarəolunan raket;

- 150 ədəddən çox "Javelin” tank əleyhinə idarəolunan raketin buraxılış qurğusu;

- 2200 ədəd NLAW tank əleyhinə qumbaraatan;

- 7800 ədəd "Stuqna” "Korsar”, "Baryer” tank əleyhinə idarəolunan raket;

- 700 ədəd "Stuqna” "Korsar”, "Baryer” tank əleyhinə idarəolunan raketlərin buraxılış qurğusu;

- Tank əleyhinə idarəolunan raket və bombalarla silahlanmış 12 ədəd "Bayraqdar” PUA.

Onun sözlərinə görə, ABŞ-dan ən son 3-cü nəsil tank əleyhinə silahların tədarükü hər gün davam edir:

"Javelin”in tədarüklərinin sayı hər gün artır. Həmçinin, yaxın vaxtlarda Baltikyanı ölkələr və ABŞ-dan yeni "Javelin”lər gətiriləcək. Aydındır ki, müharibə başlayandan sonra tədarükün həcmi xeyli artacaq. NATO təlimatçıları artıq yeni silahlara yiyələnmək üçün çoxlu sayda ukraynalı hərbçiyə təlimlər keçirlər”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az