Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb

Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb
"Son sutkada Ukraynada Rusiya ordusunun 240 hərbçisi məhv edilib”.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
 
Bununla da müharibə başlayandan bəri Rusiyanın Ukraynada canlı qüvvə itkilərinin sayı 56 300-ə çatıb.
 
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 262 tank, 4 807 zirehli döyüş maşını, 1 361 artilleriya sistemi, 327 reaktiv yaylım atəşi sistemi, 170 hava hücumundan müdafiə sistemi, 255 təyyarə, 220 helikopter, 956 PUA, 240 qanadlı raket, 15 gəmi, 3 681 avtomobil texnikası və avtosistern, 126 xüsusi texnikadan ibarətdir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az