Türkiyə yaxınlığında qorxunc gəlişmə - Bölgə bombardman edildi

Türkiyə yaxınlığında qorxunc gəlişmə - Bölgə bombardman edildi

Suriyanın Türkiyə ilə sərhədində yerləşən Tərhin bölgəsinə gecə saatlarında ballistik raketlərlə zərbələr endirilib.

Miq.Az xəbər verir ki, hücumun baş verdiyi bölgədə neft müəssisələri yerləşir.

Hücum nəticəsində tankerlərin partlaması bölgədə yanğına səbəb olub.

Hücumda 3 nəfər ölüb, 28 nəfər yaralanıb.

Ballistik raketlərin kim tərəfindən atıldığı hələlik məlum deyil.

Qeyd edək ki, Tərhin fevralın 9-da da hücuma məruz qalıb, nəticədə 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az