Türkiyə təyyarəsi İrəvana endi: gələn kimdir?

Türkiyə təyyarəsi İrəvana endi: gələn kimdir?

Erməni mətbuatı dünən saat 17:00 radələrində İrəvan hava limanına eniş edən Türkiyəyə aid şəxsi təyyarə ilə bağlı yeni detallar ortaya çıxarıb.

Miq.Az xəbər verir ki, hazırda ondan çox erməni media qurumundan olan müxbirlər Ermənistanın Mülki Aviasiya Komitəsinin qarşısındadır.

"Artıq uzun müddətdir ki, bizim rəsmi sorğumuza cavab verən tapılmır. Bizi maraqlandıran əsas sual budur: O təyyarə kimə məxsusdur? Bu sualımıza cavab tapsaq, artıq sonrakı mərhələdə o insanın Ermənistana gəlmə səbəbini araşdırmağa çalışacağıq. Hazırda bizdə olan məlumata əsasən, təyyarə Ankaradan qalxıb və birbaşa İrəvan hava limanına gəlib. Təyyarənin göyərtəsində Türkiyənin nüfuzlu şəxslərindən biri olduğu bildirilir. Onun Ermənistana Paşinyanla Zəngəzur dəhlizinin açılışı ilə bağlı bəzi məsələlərdə olan problemlərin müzakirəsi üçün gəldiyi bildirilir”, - deyə erməni jurnalistlər qeyd edib.(axar.az)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az