Türkiyə-Ermənistan sərhədləri nə vaxt açılır? - Ərdoğanın sözçüsü vaxtı dedi

Türkiyə-Ermənistan sərhədləri nə vaxt açılır? - Ərdoğanın sözçüsü vaxtı dedi

"Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün texniki işlər həyata keçirildi. Proses müsbət yöndə davam edir”.
Bu barədə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib.

Onun sözlərinə görə, Azərbaycan-Ermənistan münasibətləri düzəlməlidir.

"Müzakirələr normal şəkildə davam edir. 30 ildir mövcud olmayan təmaslar quruldu, Qarabağ məsələsi həll olundu. Buna paralel olaraq, Azərbaycanın Ermənistandan gözləntiləri var. Yaxın və orta müddətdə irəliləyiş olacağını deyə bilərəm”, - Kalın bildirib.
 
Asif


 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az