Türk siyasətçidən şok: “Krımı Rusiya ərazisi kimi tanımalıyıq”

Türk siyasətçidən şok: “Krımı Rusiya ərazisi kimi tanımalıyıq”

"Türkiyə NATO-nun qarşısında dura bilməsi üçün Krımı Rusiya ərazisi kimi tanımalıdır”.

Miq.Az xəbər verir ki, bunu Türkiyənin Vətən partiyasının lideri Doğu Perinçek deyib.

Siyasətçiyə görə, Türkiyə Kipr, Krım və Abxaziyanın "müstəqilliyini” tanımalıdır:

"Hər şeydən əvvəl yarımadadakı məsələnin həlli lazımdır. Əks təqdirdə Ankaranın istəmədiyi şey baş verəcək – ABŞ və NATO hərbi qüvvələri Qara dənizdə olacaq”.

Siyasətçi Krımın Rusiyaya qanunsuz ilhaqını "Krımın öz seçimi” adlandırıb:

"Krım xalqı Rusiyaya qoşulmaq üçün öz seçimlərini etdi. Biz Türkiyə olaraq onların seçiminə hörmət etməliyik. Krım heç vaxt Ukraynaya qaytarılmayacaq. Ankara Kiyevlə deyil, Moskva ilə birlikdə Krım tatarlarına kömək edə bilər”.(teleqraf.com)

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az