Təsdiqləndi: Bu 4 azərbaycanlı İrəvana gedir – ADLAR

Təsdiqləndi: Bu 4 azərbaycanlı İrəvana gedir – ADLAR
Ağır atletika üzrə Azərbaycan millisinin Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa çempionatında iştirakı təsdiqlənib.

Miq.az "Report”a istinadən xəbər verir ki, yığma qitə birinciliyində 4 idmançı ilə təmsil olunacaq.

Kişilərin mübarizəsində İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq) və Əli Şükürlü (102 kq), qadınların yarışında isə Nazilə İsmayılova (49 kq) çıxış edəcək. İlkin siyahıda yer alan Dadaş Dadaşbəyli (109 kq) heyətdən çıxarılıb.

Qeyd edək ki, Avropa çempionatı aprelin 15-dən 23-dək keçiriləcək.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az