Ter-Petrosyan Paşinyanı “ruhi xəstə” adlandırdı

Ter-Petrosyan Paşinyanı “ruhi xəstə” adlandırdı

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan baş nazir Nikol Paşinyanı özünün sözçüsü Arman Musinyanın diliylə "ruhi xəstə” adlandırıb. Ter-Petrosyanın sözçüsü belə dəyərləndirmə ilə Paşinyanın bu gün parlamentdəki çıxışına cavab olaraq çıxış edib. Paşinyan bildirmişdi  ki, Ter-Petrosyan ona 2018-ci ilin iyulundakı görüşləri zamanı "torpaqları qaytarmağın vaxtıdır” deyib.

"Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan milləti məhv edən bəla-adamın ruhu çırpıntıları haqda danışmağı mənasız hesab edir”,-Musinyan bildirib.

Bu arada Ter-Petrosyanın koronavirusa yoluxduğu və hazırda müalicə olunduğu da açıqlanıb. Arman Musinyan bildirib ki, keçmiş prezidentin koronavirus testi bu günlərdə müsbət çıxıb./Virtualaz.org/


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az