Talanan Azərbaycan: Əsədovun ailəsinə məxsus milyonluq mülklər

Talanan Azərbaycan: Əsədovun ailəsinə məxsus milyonluq mülklər

"Sadiq Xan dəbdəbəli evlər tikib" deyən özünə inamlı görünən və xarici aksent ilə danışan adam kameraya baxaraq danışır: "Kam əlverişli evlər tikəcək".

Doqquz saniyəlik videoçarx Kam Balayevin bu il keçirilən 39-cu seçkilərdə Londonun məşhur bələdiyyə sədrini taxtından uzaqlaşdırmaq cəhdinin bir hissəsidir. Balayev seçki kampaniyası üçün yaradılan internet saytında tələbəlik illərində Azərbaycandan bura gəldikdən sonra şəhərə aşiq olduğunu deyib. İndi isə istəyi "bütün londonlular üçün çalışmaq"dır.

Ancaq Balayev arzuları olan hər hansı bir mühacirdən fərqlənir və Londonda dəbdəbəli daşınmaz əmlak mövzusu özü və köhnə qohumları üçün olduqca vacib məsələdir.

Balayev hələ evli olanda, İngiltərənin paytaxtının ən prestijli bölgələrindən olan "Hyde Park”dan piyada cəmi beş dəqiqəlik məsafədə yerləşən bahalı bir mənzil alıb. O vaxt həyat yoldaşının və özünün təxminən 20 yaşı olub. Bir neçə il sonra onlar başqa bir mənzil alıblar.

Kam Balayev bələdiyyə başçılığına namizəd kimi "Facebook”da öz kampaniyasını reklam edir
Mənbə: Facebook / Kam Balayev

PANDORA Sənədləri

Bu sənədlər Beynəlxalq Araşdırma Jurnalistləri Konsorsiumuna (ICIJ) sızdırılan və OCCRP də daxil olmaqla dünyadakı bütün media tərəfdaşlarına göndərilən, ofşor şirkətlər üçün korporativ xidmət təmin edənlərə məxsus milyonlarla sənəddən ibarət Pandora Sənədlərinin bir hissəsidir.

Ümumilikdə, o vaxtdan bəri ən azı bir mülk satılsa da, Əsədovlar ailəsinin bu illər ərzində demək olar ki, 10 milyon dollar dəyərində aktivi olub. Ailə üzvlərinin naməlum gəlirlərini nəzərə aldırda, bu pulun mənbəyi suallar doğurur.

Oqtay Əsədov parlamentə rəhbərlik etdiyi 14 il ərzində rəsmi olaraq 30 min dollardan az maaş alıb. (Eyni zamanda Azərbaycan Tennis Federasiyasının prezidenti olub, orada maaş alıb -almadığı məlum deyil. Onun özəl sektorda pul qazanması qanunsuz olardı.)

Onun uzun illər bir dövlət bağçasında müdir vəzifəsində olan həyat yoldaşı daha az pul qazanıb. Ancaq hazırda Moskvada böyük bir kirayə əmlak sahibidir, lakin onun gəliri ailənin həyata keçirdiyi alqı -satqıları izah etməyə kifayət etmir və ilk növbədə onun bu mülkü satın ala bilməsi daha çox suallar ortaya çıxarır. Ailənin iki qızı birlikdə şəxsi uşaq bağçasının sahibidirlər. Onlarla əlaqəli digər şirkətlər böyük qızının əri tərəfindən qurulan iki köhnə türk şirkətidir.

Şərh istəklərinə cavab olaraq Kamran Balayevi müdafiə edən vəkil "vəzifə səlahiyyətlərindən sui -istifadə etməsi ilə bağlı iddiaları rədd etdiyini", qeyri -qanuni davranışları "absurd" kimi qiymətləndirdiyini və "uzun illərdir ki, cənab Əsədovla və ailəsi ilə birbaşa əlaqəsi olmadığını" qeyd edib.

Əsədov, həyat yoldaşı, qızları və digər kürəkəni jurnalistlərin müraciətlərini cavabsız qoyub.

Balayevin məsləhətləşdiyi, indi fəaliyyətini dayandıran Londondakı hüquq firması tərəfindən nəşr olunan tərcümeyi-halına görə, o vaxt Azərbaycan Ədliyyə Nazirliyində çalışan bir dövlət məmuru olub və gənc həyat yoldaşı ilə bu cür mülkləri necə əldə edə bildiyi sual doğurur.

Bənzər suallar ailəsinə də verilə bilər.

Balayevin on ilə yaxın evli qaldığı Nərminə Əsədova, vətəni Azərbaycanda ən nüfuzlu siyasətçilərdən biri, keçmiş parlament sədri Oqtay Əsədovun kiçik qızıdır.

OCCRP-nin araşdırması nəticəsində məlum olub ki, Əsədovun həyat yoldaşı, böyük qızı və onun əri London, Dubay və Moskvada dəbdəbəli daşınmaz əmlaklar satın alıblar. Hər bir halda yüksək vəzifəli siyasətçi ilə yaxın əlaqələri olmasına baxmayaraq, öz adlarından istifadə ediblər.

Prezident İlham Əliyev, dövlət orqanının 2020-ci ildəki ilk plenar iclasında Azərbaycan parlamentindəki xidmətlərinə görə Oqtay Əsədova təşəkkür edib.
Mənbə: president.az

Spikerin mənzili

Oqtay Əsədov, Sovet İttifaqından ayrılaraq müstəqillik əldə etdikdən sonra - 2005-ci ildən 2019-cu ilə qədər bu vəzifəni icra edib, Azərbaycan parlamentinin ən uzun müddətli sədri olub. O, hətta parlamentdə daha öncədən olub: ilk dəfə 2000-ci ildə seçilib və bu günə qədər oradadır.

Çalışdığı müddətdə bəzən digər millət vəkilləri ilə mübahisə edən, Avropa Birliyindəki həmkarlarını korrupsiyada ittiham edən kobud adam kimi tanınıb.

Bakıdakı mülkləri əhatə edən divarların arxasında dəbdəbəli yaşamalarına baxmayaraq, əksər hallarda özü və ailə üzvləri ictimaiyyətin gözündən kənarda qalıb. Şəxsi məkan Əsədovla o qədər eyniləşdirilir ki, bəzən onu "spiker bloku" adlandırırlar.

Əsədovlar ailəsinin Bakının şimal -qərb hissəsində yerləşən yaşayış kompleksi 2009-2012-ci illər arasında yeni bir villaya çevrilib. Burada tennis kortu var və ətrafı yüksək divarlarla örtülüb.

Əsədovlar ailəsinin Bakının şimal -qərb hissəsində yerləşən yaşayış kompleksi 2009-2012-ci illər arasında yeni bir villaya çevrilib. Burada tennis kortu var və ətrafı yüksək divarlarla örtülüb.
Mənbə: Illustration by Edin Pasovic, OCCRP / Google Earth Pro

Əsədov parlamentdə spiker olduqdan iki il sonra, ailəsi xaricdə bilinən ilk daşınmaz əmlakın alqı-satqısını həyata keçirib: 2007-ci ildə həyat yoldaşı Zemfira Əsədova Moskvada "Triumph Palace”da, böyük bir neo-Stalin üslunubda tikilən göydələndə dəbdəbəli bir mənzil alıb.

Onun 57 mərtəbəli binadakı 1000 mənzildən biri olan 148 kvadratmetrlik mənzilə nə qədər pul ödədiyi məlum deyil. "Triumph Palace”da oxşar ölçülərdəki mənzillər hal -hazırda 1,4 ilə 1,7 milyon dollar arasında satılır.

Ancaq bu dövlət bağçası müdirinin Rusiyanın paytaxtında satın aldığı yeganə əmlak deyil. Sonrakı il o Moskvanın cənubundakı bir binanın zirzəmisində və birinci mərtəbəsində böyük ticarət obyektlərinə sahib olan "Arizarum Group” adlı bir şirkəti satın alıb.

Hazırda binada bir supermarket, ortaq sauna və gözəllik salonu var.

"Kapriz” içərisində saunalar, hovuzlar, dincəlmək yeri və soyunma otağı olan kiçik bir spa və gözəllik salonudur. Əmlak qeydləri Əsədovanın bu mülkün sahibi olub -olmadığını və ya sadəcə buranı kirayə götürüb -götürmədiyini aydın şəkildə göstərmir.
Mənbə: Sonya Savina

"Arizarum” şirkətinin maliyyə hesabatlarına əsasən, şirkət 2013-cü ildən bəri təxminən 800.000 dollar gəlir əldə edib. Rusiya Əmlak Reyestri, 2013-cü il üçün əmlakın dəyərini 2 milyon ABŞ dolları olaraq hesablayıb, lakin bu "kadastr dəyəri" çox vaxt həqiqi bazar dəyərinin altındadır.

Əsədovanın "Arizarum”u almaq şərtləri məlum deyil. Jurnalistlər onunla əlaqə saxladıqda, əvvəlki sahibi şirkət üçün nə qədər maaş aldığını xatırlamadığını söyləyib.

Qızlar və kürəkənlər

Oqtay Əsədovun qızları Nərminə və Nigar gəlir mənbələrinin çox olması ilə məşhur deyillər. Hər iki bacı Bakıda özəl uşaq bağçası yaradıb və Nigar dövlətə məxsus doğum evində həkim kimi çalışır.

ABŞ-ın Qadın Tennis Assosiasiyası tərəfindən nəşr olunan qaydalar kitabında, Nigarın adı Bakı Tennis Akademiyasında dörd il müddətində keçirilən qadın tennis turniri "Baku Cup 2012”nin direktoru olaraq göstərilib.

Prezident İlham Əliyevin iştirakı ilə dəbdəbəli şəkildə açılışı olan nəhəng bina Nigarın atası və keçmiş spiker Əsədovun rəhbəri olduğu Azərbaycan Tennis Federasiyası tərəfindən inşa edilib. Jurnalistlərin suallarını cavablandıran İqtisadiyyat Nazirliyinin nümayəndəsi akademiyanın tikintisinin özəl mənbələr hesabına maliyyələşdirildiyini, lakin dəqiq mənbələrin açıqlanmadığını bildirib. Akademiyanın direktoru Əsədovun bacısı oğlu Bağır Əsgərəlizadədir.

"Triumph Palace” tikildikdən sonra Avropanın ən hündür yaşayış binası olub. Stalinin dövründə şəhərdə tikilmiş göydələn olan "Yeddi Bacı”ya bənzəyən "Səkkizinci Bacı" adlanır.
Mənbə: Panther Media GmbH / Alamy Stock Photo

Federasiya kuklaları

Azərbaycanda bəzi idman federasiyaları dövlət rəsmiləri tərəfindən idarə olunur, lakin özəl fondlar hesabına maliyyələşdirilir. Bəziləri də dövlətdən dəstək alır.

Prezident İlham Əliyevin həyat yoldaşı Azərbaycan Gimnastika Federasiyasının prezidentidir, fövqəladə hallar naziri Azərbaycan Boks Federasiyasına rəhbərlik edir, Azərbaycan Şahmat Federasiyasının prezidenti isə Mərkəzi Bankın rəhbəridir.

Keçmiş spiker Əsədov 2004 -cü ildən bəri Azərbaycan Tennis Federasiyasına rəhbərlik edir. Dövlət rəsmiləri tərəfindən idarə olunan digər idman təşkilatları kimi, federasiyadan da maliyyə barədə açıqlama verməsi tələb olunmur.

"Bu sektorda şəffaflıq yoxdur", - deyən azərbaycanlı iqtisadçı Zöhrab İsmayıl qeyd edir: "Əlbəttə ki, bu pulların hardan gəldiyi və hara getdiyi məlum deyil. Bu, çox şübhələr yaradır".

2008-2011-ci illərdə inşa edilən Bakı Tennis Akademiyasının tikintisinin dəyəri məlum deyil. İqtisadiyyat Nazirliyindən OCCRP -yə məlumat veriblər ki, tikinti dövlət pulu ilə maliyyələşdirilməyib. Lakin açılış mərasimində Prezident Əliyev iştirak edib.

Nə Tennis Akademiyası, nə də Federasiya şərh və ya maliyyə məlumatı ilə bağlı məlumat almaq istəklərinə cavab verməyib.

"C4ADS” araşdırma təşkilatı tərəfindən OCCRP-yə verilən sızdırılmış məlumata görə, Nigar Əsədova 2016-2018-ci illər arasında Dubayda yerləşən "Al Bateen Residences”də ikiotaqlı mənzil alıb. Tikinti layihəsi "möhtəşəm 50 mərtəbəli yaşayış kompleksi" kimi təqdim olunur və birbaşa çimərliyə yaxındır, açıq hovuzu, 24 saat mühafizə xidməti var və digər imkanlara sahibir.

Nigarın həyat yoldaşı Mehman Qocayev də Dubayda daşınmaz əmlak satın alıb. Sızdırılmış eyni məlumata görə, elit "Jumeirah Park” bölgəsində üçotaqlı bir villanın sahibi olub. O, mülkü 2014-2016 -cı illər arasında 740.000 dollara satın alıb.

O, "Jumeirah Park”da yerləşən villasından 10 dəqiqəlik məsafədə, 39 mərtəbəli "HDS Tower JLT” ticarət binasının iki mərtəbəsində də ofis alıb. Onun ofis üçün ödədiyi məbləğ məlum deyil, ancaq aparıcı yerli daşınmaz əmlak saytında qeyd edilən məlumata görə oradakı ofislərin qiyməti 136-300 min dollar arasında dəyişir və illik 8000 ilə 60,900 dollar arasında kirayəyə götürülə bilər.

Mərhum keçmiş prezident Heydər Əliyevin anım mərasimi, Mehman Qocayev Bakı şəhərinin baş prokuroru İlqar Abbasovun sağ tərəfində oturub.
Mənbə: genprosecutor.gov.az

Qocayev 2009-cu ildə Londonda qohumlarına yaxın nüfuzlu "Regent's Park” ərazisində 1,2 milyon dollara üçotaqlı mənzil almaqla Londonda da daşınmaz əmlak sahibi olub.

Qocayev ötən ilədək Bakı şəhər prokurorunun iki müavinindən biri idi.

Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə Qanunu dövlət rəsmilərinin birbaşa və ya dolayı yolla, hətta "part-taym” şəkildə hər hansı bir bizneslə məşğul olmasına qadağa qoyur.

Qocayev biri metal ticarəti, digəri tikinti şirkəti kimi qeydiyyatdan keçmiş iki məşhur türk ailəsi ilə birlikdə iki türk şirkətinin ortağı, eyni zamanda şirkətlərdən birinin direktoru olub.

Şirkətlərin heç biri haqqında məlumata internetdə axtarış zamanı rast gəlinmir və gördükləri işlər məlum deyil. Qanun dövlət rəsmilərinin bir şirkətin "idarə heyətinə daxil olmasını" açıq şəkildə qadağan etsə də, bu şirkətlərə sahib olması korrupsiyaya qarşı mübarizə qanunlarını pozub-pozmadığı bəlli deyil.

2017 və 2018 -ci illərdə hər iki şirkət bağlanıb və nə Qocayev, nə də keçmiş biznes ortaqları şərh istəklərinə cavab verməyib.

Sağdakı "Al Bateen” kompleksi, 50 mərtəbəli yaşayış qülləsindən və Dubay sahilində yerləşən "DoubleTree” otelindən ibarətdir
Mənbə: "Alain Holding”

Boşanma Ofşora aparır

Biri istisna olmaqla, bu araşdırmada adı çəkilən bütün mülklər Əsədovlar ailəsinin öz adlarına alınıb. Yeganə istisna, Nərminənin kiçik bacısı və onun keçmiş həyat yoldaşı, bələdiyyə başçısı kimi namizədliyini irəli sürən Kamran Balayevin Londonda satın aldıqları ikinci mənzildir.

Sənəd üzərində "Porchester Terrace”da yerləşən mülk, Britanyanın Vircin Adalarında qeydiyyatdan keçmiş, cütlüyün ortaq şəkildə yaratdığı "NNM Investment” adlı bir şirkətə məxsus olub.

Bu məlumatlar cütlüyün vəkilləri ilə "NNM” şirkətini yaradan Panamadakı "Alcogal” adlı hüquq firmasının nümayəndələri arasındakı e-mail yazışmalarında görünür.

Atasının nüfuzuna baxmayaraq, Əsədova və Balayev Britaniyanın Virgin Adalarında şirkətin səhmdarı olduqdan bir neçə həftə sonra doldurduqları sorğu anketində "siyasi əlaqələri olub-olmaması” sualına "yoxdur” cavabını işarələyiblər.

E-maillərdə həmçinin cütlüyün ictimaiyyət arasında yayılan boşanma xəbərindən sonra Balayevin iki fərqli arqument göstərərək şirkət üzərində daha çox nəzarəti ələ almağa çalışması ilə bağlı fikirlər də təqdim olunur.

"NNM” şirkətini birgə qurduqları halda, yalnız Nərminə direktor kimi təyin olunub. Lakin "Alkogal”-ın 2012 -ci ilin iyul ayında aldığı bir e-maildə qeyd olunur ki, Balayev indi idarəyə nəzarəti itirmədiyinə əmin olmaq istəyib.

"Zəhmət olmasa, cənab Kamran Balayevi direktor təyin edə bilərsiniz",- deyə onun nümayəndəsi yazıb. "O, şirkətin səhmlərinin əlli faizinin sahibidir".

Tom Stocks/OCCRP
Mənbə: Nərminə və Kamran Londonda, "Porchester Terrace”də yerləşən bu binada mənzil alıb.

Adətən belə bir tələb şirkətin cari direktorunun qətnaməsi ilə nəticələnir. Amma heç bir şey çıxmayıb.

İki həftə sonra Balayev yenidən cəhd göstərib. Bu dəfə öz adından bir e-mail göndərib: "Mən şirkətin tənzimlənməsini dəyişdirmək istərdim ki, şirkətin maraqlarına toxunan hər hansı bir qərar, o cümlədən mülkiyyətlə bağlı (Porchester Terrace-da yerləşən mülkiyyət də daxil olmaqla) hər hansı bir qərar yalnız səhmdarların ortaq qərarı ilə alınsın",- deyə həyat yoldaşının ona verdiyi etibarnaməyə əsaslanaraq bu dəyişikliyi etmək səlahiyyətinə malik olduğunu da əlavə edərək yazıb.

Nəhayət, Əsədova həyat yoldaşının nə etmək istədiyini başa düşüb. 2013-cü ilin fevral ayında onun nümayəndələri Panama hüquq firmasına e-mail göndəriblər: "Öyrəndik ki, cənab Kamran Balayev sizə təlimat vermiş ola bilər. Bu e-maillə xanım Əsədova tərəfindən imzalanmış və ya imzalandığı iddia edilən etibarnamələrin ləğv edildiyini rəsmi olaraq sizə bildiririk".

Əsədova bu mübarizənin qalibi olub, boşanma nəticəsində həm şirkəti, həm də sahibi olduğu mənzili geri alıb. Daha sonra mənzili təxminən 1,9 milyon funt sterlinqə (2,3 milyon dollar) satıb.

Boşanmalarına baxmayaraq, əmlak qeydlərində görünür ki, cütlük hələ də birlikdə Londonun Kendal küçəsindəki bu binada ortaq mənzilin sahibidirlər
Mənbə: Tom Stocks, OCCRP

Balayev İngiltərədə qaldı, nəticədə bələdiyyə başçılığına namizəd oldu, bir neçə şirkət açdı və hazırda fəaliyyətini dayandırmış London hüquq firmasına məsləhətçi kimi işlədi.

"Sərhədsiz Hüquqşünaslar" qeyri -kommersiya məqsədi daşıyan insan hüquqları təşkilatı qurduğu üçün Balayev, firma tərəfindən nəşr olunan tərcümeyi-halda "insan hüquqları qanunu mövzusunda arzuları olan" bir şəxs kimi təsvir edilib.

Bəlkə də təəccüblü deyil ki, 2013-2017-ci illər arasında fəaliyyət göstərən qrup Azərbaycan hökuməti tərəfindən təzyiqə məruz qalmış müxalifləri müdafiə edən bir neçə vəkilə qarşı ciddi insan haqları pozuntuları olmasından heç bəhs etməyib.

Balayev boşandıqdan sonra "Alcogal” tərəfindən yaradılan iki ofşor şirkətini istifadə edərək 3,1 milyon funt sterlinqə (5,2 milyon dollar) Londonda iki mülk satın alıb.

Olesya Shmagun (OCCRP), Tom Stocks (OCCRP), Sonya Savina (IStories), Nigar İsgəndər və Həbib Müntəzir (Meydan TV) araşdırmaya köməklik göstəriblər.

Mənbə: Meydan TV
Müəllif: OCCRP



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az