Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 2 mini keçdi
Suriyadakı zəlzələ nəticəsində ölənlərin sayı 2032-yə çatıb.
Miq.Az xəbər verir ki, məlumatı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Suriyadakı nümayəndəliyi yayıb.
Təbii fəlakət nəticəsində 5 minə yaxın ailə evlərini itirib, 50 min ailənin də təcili yardıma ehtiyacı var.
Ölən və yaralananların sayının daha da artacağı gözlənilir.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə qeydə alınan 7,7 maqnitudalı zəlzələ Suriyanın şimal bölgələrində də dağıntılara yol açıb.