Sürətli dəmiryol xətti Bakıya kimi uzanacaq? - Ərdoğan

Sürətli dəmiryol xətti Bakıya kimi uzanacaq? - Ərdoğan
Yüksək sürətli dəmiryol xəttindən Türkiyənin digər bölgələri də faydalanacaq.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Kayseridə mitinqdə çıxışı zamanı deyib.

"Bu xətti Ərzincana, Ərzuruma, Ağrıya qədər uzadacağıq. İnşallah, oradan Bakı-Tiflis xəttinə birləşdirəcəyik. Yəni, bu xətlə dünya miqyasında strateji "nəfəs borusu” açacağıq. Yəni Londandan çıxan biri ölkəmiz üzərindən Pekinə qədər gedə bilər. Əlbəttə, bütün bunları CHP rəhbəri kimi Can Azərbaycanı kənarda qoyaraq deyil, azərbaycanlı qardaşlarımla çiyin-çiyinə edəcəyik. Necə ki, 30 il sonra Qarabağı azad etdiksə, hər sahədə əməkdaşlığı gücləndirdiksə, azərbaycanlı qardaşlarımla infrastrukturumuzu da birləşdirəcəyik”, - deyə dövlət başçısı bildirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az