“Sputnik Armenia”: Azərbaycan Silahlı Qüvvələri daha iki sektorda irəliləyiblər
Azərbaycan Silahlı Qüvvələri Zəngəzurda yerləşən Nerkin Hand kəndi qarşısındakı dağlarda iki sektorda irəliləyiblər.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın "Sputnik Armenia” nəşri yazıb.
"Yeni peyk kadrlarına əsasən, görünür ki, Azərbaycan Silahlı Qüvvələri artıq təsdiq edilmiş irəliləmə zonasından (ox 1) daha iki bölgəyə (ox 2 və 3) doğru irəliləyiblər, Zəngəzur ərazisində dərinliyə dalıblar. Eyni zamanda Nerkin Hand kəndinin sakinləri bildiriblər ki, irəliləmədən xəbərsizdirlər. Ərazinin dağlıq olduğunu nəzərə alsaq, bu, təəccüblü deyil. Ermənistan Müdafiə Nazirliyinə müvafiq sorğu göndərmişik və Azərbaycan bölmələrinin yeni irəliləyişinin nə vaxt baş verdiyi sualının cavabını gözləyiririk”, - deyə nəşr bildirib.