Şok iddia: “Paşinyan bu üç nəfərdən əmr alır” – Qabrelyanov ad çəkdi

Şok iddia: “Paşinyan bu üç nəfərdən əmr alır” – Qabrelyanov ad çəkdi

"Təxminən bir həftə ərzində Paşinyanın ətrafındakı vəziyyəti aydınlaşdırmaqla məşğul oldum. Nəhayət, erməni siyasi maşınının gizli mexanizmlərini başa düşdüm”.

Miq.Az xəbər verir ki, bunu Rusiyanın "İzvestiya” qəzetinin direktorlar şurasının sədri Aram Qabrelyanov deyib.

"Paşinyan onun üçün üç nəfər tərəfindən məharətlə toxunmuş siyasi tora düşüb. Bu üç nəfər indi baş nazir üzərində çox böyük təsirə malikdir və ondan ustalıqla istifadə edirlər. Hər üçünün öz vəzifələri, öz maraqları var, amma ən əsası, onları bir şey idarə edir - pul itirmək qorxusu və nüfuz”, - Qabrelyanov qeyd edib.

Jurnalist Ermənistan baş nazirini idarə etdiyini iddia etdiyi üç şəxsin adını da çəkib:
"Onlar oliqarx Xaçatur Sukiasyan (Qrzo), Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan və Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryandır. Hazırda bu üçlük olmadan heç bir vacib qərar verilmir. Paşinyanın arvadı da daxil olmaqla hamı onların təlimatları ilə hərəkət edir”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az