Şeyxülislam Allahşükür Paşazadə Akkan Süveri qəbul etdi

Şeyxülislam Allahşükür Paşazadə  Akkan Süveri qəbul etdi

İyunun 8-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə "Mərmərə” qrupu strateji və sosial araşdırmalar vəqfinin baş direktoru Akkan Süveri qəbul etdi.

Səmimi qardaşlıq şəraitində keçən görüşdə cənab A. Süver  İstanbulda keçiriləcək XXIV Avrasiya İqtisadi Zirvə toplantısında iştirak etmək üçün QMİ sədri Allahşükür Paşazadəni Türkiyə Cümhuriyyətinə səfərə dəvət etdi. Əvvəlki Zirvə toplantılarında dəfələrlə iştirak edən Şeyxülislam Allahşükür Paşazadə nüfuzlu tədbirin xitabət kürsüsündən çıxışlar etmişdir. 

 2021-ci il iyulun 7-9-da İstanbulda təşkil olunacaq Zirvə toplantısının üzbəüz və onlayn olmaqla iki formatda keçirilməsi planlaşdırılır. Builki toplantıda müxtəlif sahələr üzrə, xüsusilə iqtisadi, enerji, səhiyyə, iqlim və telekommunikasiya istiqamətlərində dünyanın qabaqcıl elm, siyasi, ictimai xadimlərinin iştirakı ilə qlobal dünyanın ən vacib mövzuları müzakirə olunacaq.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az