Sərhəd atışması: Erməni itkilərinin sayı 5-ə çatdı

Sərhəd atışması: Erməni itkilərinin sayı 5-ə çatdı

Ermənistan ordusunun itkilərinin sayı artıb.

Miq.Az xəbər verir ki, bu barədə erməni müxalif aktivist Mika Bədəlyan məlumat yayıb.

O, ölən erməni hərbçilərinin sayının beşə yüksəldiyini bildirib.

Aktivist həmçinin hazırda döyüşlərin getdiyini də iddia edib.

Geqarkunik vilayətinin qubernatoru isə öz növbəsində Ermənistan ordusunun əsgərlərindən birinin itkin düşdüyünü də açıqlayıb.

Qeyd edək ki, Ermənistan MN atışma zamanı 3 erməni əsgərin öldüyünü, 2-nin yaralandığını, 2 əsgərin taleyinin bəlli olmadığını bildirib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az