Şəhidimizin qisası dərhal alındı: İki düşmən əsgəri vuruldu

Şəhidimizin qisası dərhal alındı: İki düşmən əsgəri vuruldu

Əziz dostlar! Hörmətli həmkarlar!

Xəbər verildiyi kimi, dünən Ermənistan Silahlı Qüvvələrinin bölmələri Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmət aparan sərhədçi əsgər 24 yaşlı Orxan Nazim oğlu Paşazadəni snayper atəşi ilə qətlə yetiriblər. Şəhid olan hərbçimizin qisası dərhal alınıb. Erməni sosial mediyası üzərindən əldə etdiyimiz məmulata görə, düşmən cavab atəşi ilə iki hərbi qulluqçusunu itirib. Onlardan biri Ara Saqomonyan adlı müddətdən artıq xidmət keçən kiçik komandir ağır yaralanıb və o gecəynən İrəvandakl hərbi hospitallardan birinə aparılaraq əməliyyat olunub. Onun aldığı güllə yaraları o qədər ağır olub ki, onun sağalıb sıraya qayıtması ehtimalı demək olar ki, sıfıra bərabərdir. İkinci əsgər isə başından aldığı xəsarətlərdən yerindəcə keçinib.
 
XÜSUSİ QEYD: Yeri gəlmişkən onu da qeyd edim ki, düşmən təkcə Qazax-Ağstafa istiqamətində bu il cəmi olaraq 9 ölüsünün olduğunu və ondan iki dəfə çox yaralısının olmasını rəsmən təsdiqləyib. Əslində isə, biz bilirik ki, itkilərinin sayı da ən azından iki dəfə çox, yaralıları isə xeyli saydadırlar.

Hər dəfə olduğu kimi, işğalçı Ermənistan Müdafiə Nazirliyinin rəsmiləri hələ ki, bu xəbəri açıqlamırlar və yəqin ki, yaxın saatlarda onlar müxtəlif bəhanələr altında, bu haqda ötəri məlumat verəcəklər.

Sosial media üzərindən xəbər yazan və ya xəbər paylaşan dostlardan bir xahişim olacaq. Siz əgər düşmənlə aramızda bu illər ərzində olan münaqişənin tarixinə nəzər salsanız, yaxud da əvvəlki illərin xronologiyasını qaldırıb baxsanız, mart-aprel ayları ən çox itki və yaralı olan aylar olub ki, bu da bir neçə ciddi əsasları olan səbəblərdir. Mart ayında düşmən bizim milli bayramımız sayılan Novruz Bayramımızı sözün hər mənasında "qara bayram"a çevirmək üçün həm davamlı şəkildə atəşkəsi pozur, həm də çalışır ki. ordumuzun canlı qüvvəsini və texnikasını sıradan çıxartsın. Aprel ayında isə, bunların "soyqırım" ibnəsi işə düşür və öz xəstə aləmlərində guya bizə zərbə vurmaq adı ilə mütəmadi olaraq həm atəşkəsi pozur, həm də davamlı təxribatları bütün cəbhə boyu həyata keçirirlər. Ona görə də, qarşıdakı günlərdə, həm Müdafiə Nazirliyinin, həm də Dövlət Sərhəd Xidmətinin ön xəttdə xidmət aparan şəxsi heyəti son dərəcə ayıq-sayıq olmalıdırlar. Düşmən öz qələtlərinin cavabını artıqlaması ilə alıb, alır və bundan sonra da artıqlaması ilə alacaq. Buna heç kimin şübhəsi olmasın. Bu azğın, yaramaz və vicdansız düşmənlə müharibədir.

Bu müharibədə biz mətin və fədakar əsgər və zabitlərimizin yanında olmalıyıq. Yəni, onlara mənəvi dəstək olmaq hər birimizin borcudur. Bəzən görürəm ki, sosial media üzərindən xeyli yersiz bədbin və ruh düşkünlüyü yarada biləcək şərhlər, fikirlər yazılır. Çox xahiş edirəm, etməyin belə şeyləri. Yuxarı komandanlıq hər bir əsgər və zabitinə görə sizdən, bizdən daha çox həm məsuliyyət daşıyır, həm də baş verənlər fonunda vicdan əzabı ilə üz-üzə qalır. Gəlin itirməyək onların əziyyətini və zəhmətini.

Sonda, Cəlilabad rayonunun Cəfərxanlı kəndinə dəfn olunan Şəhidimiz Orxan Paşazadənin doğma və əzizlərinə, onun ali təhsil aldığı Naxçıvan Dövlət Universitetinin kollektivinə Allahdan səbr diləyirəm. Onlara demək istəyirəm ki, bundan sonra siz Orxanla daha çox fəxr edə bilərsiniz. Çünki, o ən Uca və Ali Məqam sayılan ŞƏHİDLİK ZİRVƏSİNƏ ucalmaqla elinə obasına, ailəsinə və dostlarıan əsl KİŞİLİK nümunəsi qoyaraq tarix yazdı. Məkanı cənnət olsun, igid balamızın!!

Üzeyir Cəfərov
Hərbi ekspert,
Ehtiyatda olan polkovnik -leytenant



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az