Şəhid polkovnikin adına saxta hesab açıb, pul yığırlar

Şəhid polkovnikin adına saxta hesab açıb, pul yığırlar

Sosial şəbəkələrdə şəhid polkovnik Babək Səmidlinin adından saxta səhifə açılıb.

Miq.Az xəbər verir ki, bu barədə hərbi bloger Tofiq Şahmuradov məlumat yayıb.

O bildirib ki, saxta səhifə idarəçiləri şəhidlərə ehsan adı altında pul yığırlar.

Qeyd edək ki, Babək Səmidli Vətən müharibəsində Suqovuşanın azadlığı uğrunda gedən döyüşləri idarə edənlərdən biri olub. 2020-ci ilin noyabrında minaya düşərək şəhid olub. Babək Səmidli ölümündən sonra "Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az