Şəhid Orxan Bakıda dəfn olunacaq

Şəhid Orxan Bakıda dəfn olunacaq

Azərbaycanın İrandakı Səfirliyinə terror hücumunda şəhid olan Orxan Əsgərov Bakıda dəfn olunacaq.

Miq.Az xəbər verir ki, şəhidimiz Bakıda İkinci Şəhidlər xiyabanında torpağa tapşırılacaq. Hazırda dəfn mərasimi üçün hazırlıq işləri görülür. Şəhidimizin sabah dəfn olunacağı gözlənilir.

O, evli olub, 2 övladı var.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

Hazırda hadisənin istintaqı aparılır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az