Şəhid ehsanı adı ilə şagirdlərə narkotik paylanılır - Bakı məktəbində daha bir olay

Şəhid ehsanı adı ilə şagirdlərə narkotik paylanılır - Bakı məktəbində daha bir olay

Sosial şəbəkələrdə Xətai rayonu 95 nömrəli məktəbdə şagirdlərə konfet adı ilə narkotik maddə paylanılması haqqında məlumat paylaşılıb.
Bakupost.az bildirir ki, iddialara görə, dərsdən çıxan şagirdlərə məktəbin qarşısındakı naməlum şəxs konfet paylayıb. Uşaq götürmək istəmədikdə isə o, "şəhid üçün verilən ehsandır, əgər götürməsən şəhidin ruhu səndən inciyər" deyib. Şagird konfeti evə gətirərək anasına verib. Konfeti açanda məlum olub ki, onun içərisindəki narkotik maddədir.
Baş verənlərlə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az