Seçdikləri məktəbdən imtina edən müəllimləri gözləyən CƏZA
Müəllimlər topladığı bala görə işləyəcəyi məktəblərlə bağlı seçim edir.
Modern.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.
"Namizəd MİQ imtahanında topladığı bala uyğun olaraq işləmək istədiyi məktəbləri yazır. Bundan sonra onun işinin hansı məktəbdə olacağı müəyyənləşdirilir. Bəzən müəllimlər olur ki, hətta müsabiqə mərhələsində istədiyi məktəbi deyir, qəbul olduqdan sonra imtina edir. Belə hallar çox olur. Həmin müəllimlərə bizim cavabımız onların ilboyu tədrisdən kənarlaşdırılması olur", - deyə nazirlik rəsmisi vurğulayıb.