Sarkisyan: "Ermənistan türklərin əlindədir və indi hər şeyə onlar qərar verir"
"Nikol Paşinyanın ermənilərin fikrinə məhəl qoymadan Türkiyəyə necə getdiyini izləmək iyrənc idi”.
KONKRET.az xəbər verir ki, bu fikirləri erməni əsilli amerikalı jurnalist Valli Sarkisyan "Alpha News”a müsahibəsində deyib. O, Ermənistan baş nazirinin Türkiyə prezidentinin andiçmə mərasimində iştirakını qəzəblə şərh edib:
"Çoxları Paşinyanın arxa cərgədə oturduğunu tənqid edir. Amma diqqətlə baxın və görəcəksiniz ki, Paşinyanın öz ailəsi – Əliyev, Ərdoğan və "Boz Qurdlar”ın lideri onun əhatəsində oturub. Onlar Paşinyanı ailə üzvləri kimi əhatəyə alıblar. Bu bir növ mesaj idi.
Bu, türk gücünün nümayişi idi, indi Ermənistan Türkiyənin əlindədir. Rusiya və digər ölkələri unudun. Ermənistan türklərin əlindədir və bundan sonra olacaq hər şeyə onlar qərar verir, Paşinyan isə sadəcə icraçıdır”, – deyə Sarkisyan bildirib.