Salyanda 13 yaşlı qıza qarşı cinsi təcavüzə görə 4 nəfər həbs edilib –DİN-dən AÇIQLAMA

Salyanda 13 yaşlı qıza qarşı cinsi təcavüzə görə 4 nəfər həbs edilib –DİN-dən AÇIQLAMA
Salyan rayonunun Çadırlı kəndində azyaşlı qıza qarşı cinsi təcavüzlə bağlı 4 nəfər həbs edilib. 

Miq.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, əməldə təqsirli bilinən 4 nəfər istintaq-əməliyyat tədbirləri ilə müəyyən olunaraq barələrində həbs qətimkan tədbirləri seçilib: "Hazırda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə başlanan cinayət işi üzrə polis və prokurorluq əməkdaşları tərəfindən istintaq hərəkətləri davam etdirilir”.

Qeyd edək ki, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Salyan rayonunun Çadırlı kəndində 13 yaşlı qıza qarşı cinsi təcavüz baş verdiyini açıqlayıb. Onun sözərinə görə, hazırda azyşalı qız təhülkəsiz yerdə yerləşdirilib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az