SABİQ NAZİRİN KÜRƏKƏNİ LONDONDA ƏMLAKA MİLYONLAR YATIRDI - Daha 4 bina aldı + FOTOLAR

SABİQ NAZİRİN KÜRƏKƏNİ LONDONDA ƏMLAKA MİLYONLAR YATIRDI - Daha 4 bina aldı + FOTOLAR

Azərbaycanın ən "yırtıcı” nazirlərindən biri olmuş sabiq Vergilər naziri Fazil Məmmədov 4 il bundan əvvəl vəzifəsindən uzaqlaşdırılsa da, onun topladığı varidatın səsi hələ də uzaq-uzaq ölkələrdən gəlməkdədir.

"AzPolitika.info” xəbər verir ki, müstəqil jurnalist Cavanşir Həsənli Fazil Məmmədovun kürəkəni Əbdül Əliyevin adına İngiltərədə yeni mülklərin alındığına dair məlumat paylaşıb: "Keçmiş vergilər naziri Fazil Məmmədovun kürəkəni Əbdül Əliyev az qala Londonun yarısını alıb. Bu ilin əvvəlində o, Londonda dəyəri milyonlarla funt-sterlinq olan daha 4 bahalı əmlak müqaviləsi bağlayıb. 

Müqavilələr Britaniya paytaxtının işgüzar səmtlərindən olan Windmill Street-dəki 37, 38, 39 və 40 saylı binaları əhatə edir. Həmin ünvanlarda hazırda "THE LYRİC", "OLİVES & MEZE", "WOK TO WALK" restoranları, "WEST & END" daşınmaz əmlak agentliyi yerləşir.
 

Əbdül Əliyev hələ ötən ilin iyulunda Nottinqem şəhərinin mərkəzində də dəyəri 1.5 milyon funt sterlinq (3,3 milyon manat) olan binanı (Long Row küçəsi 50, 51 və 52) satın almışdı. 

Ötən ilin sentyabrında isə o, Britaniya paytaxtının Ladbroke Grove 131 və Ladbroke Crescent 25A ünvanlarında 1 milyon funt-sterlinq dəyərləndirilən iki binanı, eləcə də Croydon, Thornton Heath, Parchmore Road 84a ünvanında LANCASTER BUSİNESS PARK-dakı keçmiş əyləncə mərkəzinin (Leisure Centre) ərazisi (LAN21656 saylı mülkiyyət sənədi) də satın almışdı.”
 

Bu məlumata əlavə olaraq onu da qeyd edək ki, Əbdül Əliyevin atası Namiq Əliyev vergilər nazirinin müavini olub.

Maraqlıdır, Azərbaycan dövlətinin Qarabağı dirçəltmək üçün böyük vəsaitlərə ehtiyacı olduğu bir vaxtda Əbdül Əliyevin Londonda əmlaka milyonlar yatırmasının hesabı sabiq nazir Fazil Məmmədovdan və onun nazir müavini qudasından soruşulacaqmı? Hüquq-mühafizə orqanları uzun illər vergi adı ilə sahibkarları talayan bir sistemin başında durmuş bu şəxsləri məsuliyyətə cəlb edəcəkmi?
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az