“Sabahkı ziyafətdə Paşinyan üçün bütün qida və içkilər xaricdən gətiriləcək...”-“Hraparak”

“Sabahkı ziyafətdə Paşinyan üçün bütün qida və içkilər xaricdən gətiriləcək...”-“Hraparak”

"Və belə bir misli görünməmiş təhlükəsizlik tədbirləri görən, cəmi bir neçə yüz metr məsafəni yüzlərlə polis və təhlükəsizlik əməkdaşının müşayiəti altında qət edən bu adam seçki kampaniyası aparacaq...”
 
"Məlumata görə, bu gün(16 aprel) səhər saatlarında Nikol Paşinyanın təhlükəsizlik əməkdaşları, bir müddət öncə Ərazi İdarəetmə Nazirliyinə səfəri zamanı olduğu kimi, Polis İdarəsindəki otaqları itlərin iştirakı ilə bir-bir yoxlayıblar. Daha sonra bununla kifayətlənməyərək işçiləri otaqlardan çıxardaraq qapıları kilidləyib açarları götürüblər və giriş-çıxışı tamamilə qadağan ediblər”.
 
Moderator.az  xəbər verir ki, bunu  sabah – aprelin 17-ə  nəzərdə tutulmuş Ermənistan polisinin 103 illiyinə həsr olunmuş tədbirlə bağlı baş nazir Paşinyanın təşkil etdiyi misli görünməmiş təhlükəsizlik tədbirlərini təsvir edən "Hraparak” qəzeti yazıb.
 
"Üstəlik, 4-cü mərtəbədə, Polis rəisinin kabinetinin yanındakı foyedə əlamətdar gün münasibətilə veriləcək ziyafət üçün bütün qidalar, xörəklər və içkilər xaricdən gətiriləcək. 
Və belə bir misli görünməmiş təhlükəsizlik tədbirləri görən,  cəmi bir neçə yüz metr məsafəni yüzlərlə polis və təhlükəsizlik əməkdaşının müşayiəti altında qət edən bu adam seçki kampaniyası aparacaq. Yeri gəlmişkən, sabah  Paşinyan Ermənistan Polis rəisi Vaqe Qazaryana general rütbəsi verəcək” –erməni nəşri belə yazır.  
 
Sultan Laçın


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az