Rusların silahları tükənir, onlar artıq... - Kəşfiyyat

Rusların silahları tükənir, onlar artıq... - Kəşfiyyat

Rusiyanın Ukraynaya müdaxiləsi onun dəqiq irimiqyaslı zərbələr endirmək imkanında olan çatışmazlıqları üzə çıxarıb. Rusiyanın yüksək dəqiqlikli silah ehtiyatı tükənib və ruslar indi köhnə və daha az etibarlı döyüş sursatlarından istifadə edirlər.

Teleqraf.com xəbər verir ki, belə iddia ilə Britaniya hərbi kəşfiyyatı çıxış edib.

"Rusiyanın Ukraynaya müdaxiləsi onun irimiqyaslı dəqiq zərbələr endirmək imkanındakı çatışmazlıqları üzə çıxarıb. Rusiya Ukrayna yaşayış məntəqələrni intensiv və fərq qoymadan bombardmanlara məruz qoyub, mülki əhali arasında itkiləri çox az nəzərə alıb. Rusiya çox güman ki, yüksək dəqiqlikli silahları əvəz etməyə çalışacaq”,- Kəşfiyyat məlumatında qeyd edilib.

Kəşfiyyat bildirib ki, bu gedişlə Rusiyanın yüksək dəqiqlikli sursat ehtiyatları əhəmiyyətli dərəcədə tükənəcək.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az