Rusiyanın kəşfiyyat dronu Türkiyədə ələ keçdi – Şok gəlişmə

Rusiyanın kəşfiyyat dronu Türkiyədə ələ keçdi – Şok gəlişmə

Türkiyənin Gümüşhane şəhərinin Kürtün qəsəbəsində göbələk toplayan şəxslər ərazidən bir pilotsuz uçan aparat (PUA) tapıblar.

Miq.Az Teleqraf.com-a istinadən xəbər verir ki, PUA-nın zədəli olduğu bildirilib.

Xəbərdarlıqdan sonra əraziyə gələn təhlükəsizlik qüvvələri qanadları təxminən 3 metr olan PUA-nın Rusiya istehsalı kəşfiyyat dronu "Orlan-10” olduğunu müəyyən ediblər.

1400 km mənzilli PUA-nın müharibə səbəbindən Ukrayna və ya Suriyadan siqnal kəsildikdən sonra Türkiyəyə uçduğu güman edilir.

Təhlükəsizlik qüvvələri tərəfindən hadisə yerindən götürülən PUA araşdırılması üçün Ankaraya göndərilib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az