Rusiya xüsusi təyinatlıları Zəngəzur dağlarında intensiv təlim keçir...- Səbəbi məlum deyil...
Ermənistandakı Cənub Hərbi Dairəsinin (CQD) hərbi bazasının xüsusi təyinatlı dəstəsinin şəxsi heyəti yüksək dağlıq poliqonda ümumi təlimdə iştirak edib.
Moderator.az xəbər verir ki, erməni mediasının yazdığına görə, bu haqda Rusiya Müdafiə Nazirliyini rəsmi saytı məlumat yayıb.
Hərbçilər yüksək dağlıq ərazilərdə kəşfiyyat və axtarış fəaliyyətini, müxtəlif formalı dağlıq relyef şəraitində sığınacaqların təşkili üsullarını, əldəqayırma vasitələrdən kamuflyaj növlərini işləyiblər, xəritədə orientasiya və azimut üzrə hərəkət etmək vərdişlərini təkmilləşdiriblər, həmçinin yerdə gizli hərəkət metodlarını öyrəniblər.
Bundan əlavə, xüsusi təyinatlılar müxtəlif məsafələrdə və müxtəlif mövqelərdən müxtəlif tipli hədəflərə adi silahlardan yüksək sürətlə atəşlər həyata keçirib.
Cənub Hərbi Dairəsinin hərbi qulluqçuları dağlıq ərazilərdə oksigen aclığı, ekstremal temperatur və atmosfer təzyiqi şəraitində sağ qalma və təhlükəsiz davranış vərdişlərinə yiyələniblər.
"Xatırladaq ki, Rusiya hərbi pilotlarının kompleks hazırlığı da Ermənistanın dağlıq rayonlarında da keçirilib. Bu cür intensivliyin və məşqlər kompleksinin səbəbi hələki məlum deyil" - Ermənistan mediası belə yazır.
Sultan Laçın