"Rusiya Ukraynanın şərqində müharibə başladıb" - ABŞ müdafiə naziri


Rusiya Ukraynanın şərqində müharibə başladıb və hazırda məsələnin sülh yolu ilə həllinə mane olur. 

Miq.Az xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Lloyd Austin Kiyevdə keçirdiyi mətbuat konfransında deyib. 

O qeyd edib ki, ABŞ Ukraynaya öz suveren ərazisini müdafiə etmək qabiliyyətini inkişaf etdirməkdə kömək etməyə davam edəcək. Həmçinin bildirilib ki, ABŞ 2014-cü ildən bəri Ukrayna qüvvələrinə 2,5 milyard dollar yardım edib:

"Bir daha Rusiyanı Krımın işğalına, Ukraynanın şərqindəki savaşa, Qara dənizdə, Ukraynanın sərhədləri boyunca sabitliyi pozan fəaliyyətlərinə, habelə mütəmadi olaraq xaker hücumlarına və digər pis niyyətli hərəkətlərə son qoymağa çağırırıq".

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az