Rusiya Ukrayna sərhədinə nüvə gətirib? – Pentaqon

Rusiya Ukrayna sərhədinə nüvə gətirib? – Pentaqon
Pentaqonda Rusiyanın dəmir yolu ilə taktiki nüvə silahı daşıdığını təsdiqləyəcək heç bir məlumat yoxdur.

Axar.az xəbər verir ki, bunu Pentaqon rəhbərinin Avrasiya regionu üzrə müşaviri Laura Kuper deyib.

"Açıq mənbə xəbərlərindən başqa heç bir məlumat yoxdur. Pentaqon Soyuq müharibədən bəri Rusiyanın nüvə qüvvələrini diqqətlə izləyir”, - o bildirib.

Qeyd edək ki, "Tayms” nəşri ötən gün Rusiyanın Qara dənizdə nüvə sınağı keçirmək niyyətində olduğu, hətta Ukrayna sərhədinə xüsusi texnika qatarında nüvə silahı göndərdiyi haqda iddia yaymışdı.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az