Rusiya hərbçiləri Laçın dəhlizində ermənilərin yoxlanışını gücləndirdi?..

Rusiya hərbçiləri Laçın dəhlizində ermənilərin yoxlanışını gücləndirdi?..

"Sülhməramlılar avtomobilləri dayandırır, insanları və yük yerlərini bir-bir yoxlayır...”
 
Rusiya sülhməramlıları İrəvan-Xankəndi yolunda nəzarəti gücləndiriblər.
 
Moderator.az xəbər verir ki, bu barədə qəsbkar ölkənin "İravunk" qəzeti yazır.
 
Məlumatda iddia edilir ki,  İrəvan-Xankəndi yolunda Rusiya sülhməramlılarının nəzarəti gücləndirməsi  guya Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidovun "Tvitter” hesabında iyun ayında Xankəndinin tamamilə Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında olacağını söyləməsindən sonra başlanıb...
 
"Sülhməramlılar avtomobilləri dayandırır, insanları və yük yerlərini bir-bir yoxlayır. Amma Şuşa yaxınlığındakı nəzarət-keçid məntəqəsində heç bir yoxlama yoxdur.
Qarabağ erməniləri əvvəllər bu  postda avtomobillərin yoxlanılmasının insidentlərlə müşayiət olunduğunu deyirlər. Azərbaycan hərbçilərinin müəyyən iradlar tutması və Rusiya sülhməramlılarının ailələri ilə birgə yola çıxmış erməni kişilərin buna reaksiya verməsinin qarşısını birtəhər alması  halları da olur”-  erməni qəzeti belə yazır.
 
Xatırladaq ki, İrəvan-Xankəndi yolunda əsas nəzarət-keçid məntəqəsi "Laçın dəhlizi” deyilən ərazimizin girişində Gorus-Laçın yolunun Azərbaycan-Ermənistan dövlət sərhədindən keçən hissəsində yerləşir.
 
Sultan Laçın 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az