Rüfət Quliyev: Maşınyuma yerlərində suya qənaət edilmir, elə bil şəlalədir

Rüfət Quliyev: Maşınyuma yerlərində suya qənaət edilmir, elə bil şəlalədir
"Biz suyun qiymətini saxlaya bilməyəcəyik. Bu gün maşınyuma yerlərində suya qənaət edilmir. Elə bil şəlalədir. İkincisi, Bakıda analoqu olmayan evlər tikilir. O komplekslərdə də suya qənaət edilmir. İnanmıram ki, orada sayğac var”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Rüfət Quliyev deyib.

Deputat bu məsələ ilə əlaqədar monitorinqlərin keçirilməsini təklif edib: "Su qıtlığını 1-2 aydan sonra hiss edəcəyik”.

Rüfət Quliyev bildirib ki, Hesablama Palatası büdcə oğurluğunun qarşısını qismən alır: "Bəzi vəsaitlər geri qaytarılır. Aktiv oğrular var ki, Palata onlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edir, amma bunun nəticəsi ictimaiyyətə təqdim edilmir. Biz büdcəyə qəpik-qəpik pul yığırıq, bəzi işbazlar isə onu mənimsəyir. Mən çox xahiş edirəm, hüquq-mühafizə orqanlarına göndərilən məsələlərin aqibəti barədə məlumat verilsin”. APA


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az