Ramiz Mehdiyev 17 minlik sərgi keçirir - Şübhəli müvaqilə

Ramiz Mehdiyev 17 minlik sərgi keçirir - Şübhəli müvaqilə

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix Muzeyi "Mix Service” MMC ilə satınalma müqaviləsi imzalayıb.

Miq.Az xəbər verir ki, maliyyə dəyəri 17 854 AZN təşkil edən müqavilədə sərgi keçirilməsi nəzərdə tutulur. Lakin tədbir barədə ətraflı məlumat verilmir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Mix Service” MMC 07 noyabr 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 185B, mənzil 36-da yerləşir. MMC-nin qanuni təmsilçisi Qafarov Turan Vidadi oğludur.

İki ildir fəaliyyət göstərməsinə baxmayaraq, açıq mənbələrdə şirkət və onun qanuni təmsilçisi barədə hər hansı məlumat yoxdur. MMC-nin bundan əvvəl satınalma müsabiqələrində iştirakı barədə də məlumatlara rast gəlinmir.

"Mix Service” MMC-nin yaranması Ramiz Mehdiyevin AMEA-nın prezidenti seçilməsindən bir qədər sonraya təsadüf edir.

Qeyd edək ki, Ramiz Mehdiyev 23 oktyabr 2019-cu il tarixdən AMEA-ya rəhbərlik edir. Bundan 15 gün sonra isə "Mix Service” MMC yaranıb.(hit.az)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az