"Quran"ı yandıran danimarkalı təxribatçıdan Ərdoğana ultimatum: "Hər cümə günü..."
"Bu, Ərdoğanın günahıdır, o, İsveçi NATO-ya buraxmaqdan imtina edib və mən ona söz azadlığını öyrədəcəyəm..."
"Söz verirəm ki, o, İsveçi Alyansa buraxan kimi mən həyatımda daha heç vaxt Quranı yandırmayacağam..."
Stoqholmda Quranı oda atan Rasmus Paludan Türkiyəni çox qəzəbləndirib və bu ölkə İsveçlə NATO-ya daxil olması barədə danışıqları dayandırıb.
Moderator.az xəbər verir ki, bu barədə İsveçin "Aftonbladet" nəşri yazıb.
İndi isə o, Ərdoğana vəd edib ki, İsveç Alyansa daxil olmayınca, hər cümə günü Türkiyə səfirliyinin qarşısında Quranı yandıracaq.
Finlandiya və İsveçin NATO-ya daxil olması havadan asılı qalıb. Türkiyə tərəfinin qəzəbinə ilk növbədə İsveç gəlib. Bir sıra addımlardan sonra Türkiyənin xarici işlər naziri İsveç və Finlandiya ilə bundan sonrakı görüşləri hətta "mənasız" adlandırıb.
Türkiyəni səbr kasasını daşdıran danimarkalı təxribatçı Rasmus Paludanın (onun həm də İsveç vətəndaşlığı var) Quranı Stokholmda Türkiyə səfirliyinin qarşısında yandırması olub.
"Özünüifadə azadlığı dərsi"
Lakin Paludan öz təxribatlarına son qoymaq fikrində deyil. Cümə günü o, daha üç nüsxə Quranı bu dəfə Kopenhagendə yandırmaq niyyətindədir. Birini məsciddə,digərini Rusiya səfirliyi, üçüncüsünü Türkiyə səfirliyi qarşısında.
Dankmarkada Paludana hakimiyyətin icazəsi lazım deyil, lakin öz aksiyasından 24 saat öncə xəbərdarlıq etməlidir.
Bu zaman Kopenhagendə Türkiyə səfirliyi qarşısında Quranın yandırılması davam edəcək, Paludan vəd edib.
"Mən elan edirəm ki, bu, Ərdoğanın günahıdır. O, İsveçi NATO-ya buraxmaqdan imtina edib və mən ona dərs verəcəyəm. O, razı olmayanadək mən ona söz azadlığını öyrədəcəyəm", - Paludan bəyan edib.
"NATO-ya daxil olmaqla hər şey bitəcək"
Paludan hər cümə günü, yerli vaxtla saat 14:00-da Quranı yandırmağa hazırlaşır.
"Mən hesab edirəm ki, Ərdoğan yalançıdır, onun günahı ucbatından mən Quranı yandırmalıyam ki, ona söz azadlığının nə demək olduğunu izah edim. O, başqalarını günahlandıranda, səbəb-nəticə əlaqəsinin necə işləməsini anlamır", - Paludan bəyan edib.
Çərşənbə günü Rasmus Paludan bəyan edib ki, İsveçin sorğusunu dəstəkləyir və ümid edir ki, ölkə Alyansa daxil olacaq.
Lakin onun Quranı yandırması Türkiyə prezidentindən asılıdır.
"Söz verirəm ki, o, İsveçi NATO-ya buraxan kimi mən həyatımda daha heç vaxt Quranın bir nüsxəsini belə Türkiyə səfirliyi qarşısında yandırmayacağam", - Rasmus Paludan sözlərinə yekun vurub.