"Qızıl medalımı şəhidlərimizə həsr edirəm"- Azərbaycanlı çempion


"Vətənimdə bir dəfə də olsun məğlub olmamışam"

Karateçimiz Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qazandığı qızıl medalı bütün Azərbaycan şəhidlərinə həsr edir. İstiPress-in məlumatına görə, A.Mamayev jurnalistlərlə söhbətində bildirib ki, Azərbaycan yığması İslamiadaya Avropa Oyunlarından hazırlaşıb:

"Bu, çox möhtəşəm yarışdır və mən şadam ki, Vətənimdə bir dəfə də olsun məğlub olmamışam. Mənim ən böyük arzum qələbə qazanmaq idi ki, himnimiz səslənsin. Bu yolda bizi dəstəkləyən hər kəsə minnətdarlığımı bildirirəm".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az