Qəzanın detalları: yerə iki dəfə çırpılıb - VİDEO

Qəzanın detalları: yerə iki dəfə çırpılıb - VİDEO

Noyabrın 30-da DSX-nin Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması ilə bağlı bəzi detallar ilk dəfə açıqlanıb.

Miq.Az Real TV-yə istinadən xəbər verir ki, qəzaya uğramazdan əvvəl helikopter II helikopterə eniş komandası verə bilib.

İkinci helikopter eniş edib, birinci helikopter isə eniş edərkən yerə çırpılıb və təkər də daxil olmaqla, müəyyən hissələr helikopterdən qopub, yanacaq çəni deşilib.

İkinci çırpılmada isə yanacaq çəninin deşilməsi nəticəsində axan yanacağın alışması və partlayışı baş verib.
 


Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az