Qazi icra hakimiyyətinin qarşısında özünü yandırdı

Qazi icra hakimiyyətinin qarşısında özünü yandırdı

Şəmkirin Yeni Həyat kənd sakini, Vətən müharibəsi iştirakçısı, psixi pozuntulardan əziyyət çəkən və boyun nahiyəsində qəlpə olan, 1996-cı il təvəllüdlü Həsənov İlham Yılmaz oğlu buna qədər Qazax, Şəmkir, Gəncə və Bakı şəhərlərində yerləşən xəstəxanalarda müalicə alıb.

Bu barədə Miq.Az-a Şəmkir rayon İcra Hakimiyyətindən məlumat verilib. 

Bildirilib ki, hazırda isə 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicəsini davam etdirir. Qeyd olunub ki, vətəndaşın müraciəti aldığı müalicələrin heç bir nəticəsinin olmaması və əlillik dərəcəsinin təyin olunması ilə bağlıdır: "Vətəndaşın müraciətləri ilə əlaqədar aidiyyəti təşkilatlar tərəfindən lazımi dəstək göstərilsə də, İlham Həsənov müalicəsinin davamı üçün Şəmkir Rayon Mərkəzi Xəstəxanasına gedən valideynlərindən ayrılaraq Şəmkir İcra Hakimiyyətinin qarşısına gəlib və özünü yandırmağa cəhd edib”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az