Qaydaları pozan 49 abituriyentin nəticəsi ləğv edilib- DİM

Qaydaları pozan 49 abituriyentin nəticəsi ləğv edilib- DİM

Bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında ümumilikdə 49 nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.

DİM-in məlumatına görə, onlardan 28-i II və III, 21-i isə I və IV ixtisas qrupu üzrə imtahan verənlər olub.

İmtahan nəticəsi ləğv olunan 25 abituriyent qəbul imtahanlarının I cəhdi, 24-ü isə II cəhdində iştirak edərək qaydaları pozub.

Qeyd edək ki, DİM-in elan etdiyi qaydalara əsasən II cəhd imtahanlarında qayda pozan abituriyentin I cəhd imtahanında topladığı nəticəsi də ləğv olunur.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az