“Qarabağla bağlı gərginlik yenidən başlaya bilər” - Andrey Manoylo

“Qarabağla bağlı gərginlik yenidən başlaya bilər” - Andrey Manoylo

"ABŞ-ın yeni rəhbərliyi Donald Trampın hakimiyyəti dövründə sıxışdırıldığı yerə – Cənubi Qafqaza yeni, daha fəal xarici siyasətlə qayıdır. Eyni zamanda, Amerika hakimiyyəti köhnə Dağlıq Qarabağ gündəminin tamamilə yeni reallıqlarda müzakirələrə çıxarılmasında çox maraqlıdır”.

Bu fikirləri Rusiya Federasiyası Təhlükəsizlik Şurası yanında Elmi Şuranın üzvü Andrey Manoilo "Vestnik Kavkaza”ın Vaşinqtonun Co Bayden dövründə gözlənilən regional siyasəti ilə bağlı sualını cavablandırarkən deyib.

O əlavə edib ki, "ABŞ-ın yenidən Cənubi Qafqaza girəcəyinə inanıram. Əvvəlcə qısa bir taktiki fasilənin olacağını və sonra Qarabağla bağlı gərginliyin yenidən başlayacağını gözləməliyik. Oradakı vəziyyət bir ara dondu, amma şübhəsiz ki, yeni təxribatlar olacaq”.  /Konkret.az/

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az