“Qarabağda haylara "Rusiyaya birləşək?" sualı verilsə, əksəriyyət “lehinə”səs verəcək…"

“Qarabağda haylara

"Dəyərli araşdırmaçı alim Elxan Mehdiyevin qeyd etdiyi kimi, Dövlət Statistika Komitəsinin  "Azərbaycanda 120 mindən çox erməni yaşayır?”  rəsmi statistikası, Allah eləməmiş, Qarabağdakı rejimə "müstəqillik” verilməsi haqda qondarma "referendum” keçiriləcəyi halda separatçılara "99 faiz” "qələbə" qazandıracaq…”

"Rusiya referendum(saxta-S.L.) yolu ilə dörd rayonu rəsmən ilhaq etdi - bu, "Rusiya +plyus" adlandırılır. Və növbəti sırada Dağlıq Qarabağ(keçmiş-S.L.) durur. Onların referendumlarının necə keçdiyini bilmirəm, amma bizdə(Qarabağın haylar toplaşan hissəsində- S.L.) xalqa(topluma-S.L.) Rusiyaya birləşmək barədə sual verilsə, mütləq əksəriyyət "lehinə” səs verəcək".
 
Moderator.az xəbər verir ki, bunu Xankəndində məskunlaşmış erməni bloqçu David Simonyan yazır.
 
D.Simonyan "Ermənistanda niyə səfərbərlik edilmir” başlıqlı yazısının davamında Qarabağda qanunsuz fəaliyyət göstərən Rusiya milyarderi Ruben Vardanyan haqda da danışır və onun Putinin milyarder "desantı” olması haqda mülahizələri təsdiqləyir. 
 
"Hətta yeni qubernatorumuz da var - Ruben Vardanyan bu yaxınlarda rəsmi olaraq hökumətimizdə ikinci şəxs təyin edilib. Mən 30 ildir işsiz yaşayıram, bir adam gəldi və bir aydan sonra dərhal dövlət naziri(qondarma-S.L.) oldu. Deməli, Putin onu Artsax adından bizə danışıqlara göndərib" -deyə hayk bloqçu bildirir.
 
Zəruri şərh:
 
Dəyərli araşdırmaçı alim Elxan Mehdiyevin az öncə saytımıza təqdim etdiyi "Dövlət Statistika Komitəsinə görə, Azərbaycanda 120 mindən çox erməni yaşayır?..” başlıqlı yazısını oxuyandan sonra belə qənaətə gəlirsən ki, adı çəkilən komitənin 120 min rəqəmi  bundan sonra da qüvvədə qalsa, bu, Allah eləməmiş, Qarabağdakı rejimə "müstəqillik” verilməsi haqda qondarma "referendum” keçiriləcəyi halda separatçılara "99 faiz” "qələbə" qazandıracaq…
 
Sultan Laçın


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az